Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Partiyada çox ləyaqətsiz adamlar var” - Xeyrəddin Qoca

Bunu Prezident təqaüdçüsü Xeyrəddin Qoca YAP-da növbədənkənar qurultayın keçirilməsi və rəhbərlikdə təmsil olunan şəxslərin partiyadan uzaqlaşdırılacağı ilə bağlı mətbuatda gedən fikirləri şərh edərkən deyib.

Xeyrəddin Qoca bildirib ki, həmin şəxslər YAP-dan uzaqlaşdırılmalıdır: "Biz bu partiyanı Heydər Əliyevlə birgə yaratmışıq. İlk gündən partiyanın Siyasi Şurasının üzvüyəm. Mətbuatda partiya haqqında deyilənlər uydurmadır. Partiya öz fəaliyyətini davam etdirir. Biz partiyada islahatların aparılmasının tərəfdarıyıq. İslahatlar nəyə görə aparılacaq? Məsələn, partiya üzvlərindən icra başçıları olub, hazırda həbsdədirlər. Bundan əlavə, YAP-da cinayət məsuliyyətinə cəlb olunanların adı var. Orada Ramiz Mehdiyev kimi adamların da adı var. Bir sıra adamlar var ki, ləyaqətsizcəsinə partiyaya soxulublar. O zaman Heydər Əliyevin əleyhinə olan adamlar da partiya sıralarındadır. Adlar çoxdur, deməklə qurtaran deyil. Bir sözlə, partiyaya layiq olmayan insanlar var. İndi onların müzakirəsi gedir. Onlar bizimlə bir sırada olmamalıdırlar”. YAP-ın növbədənkənar qurultayının keçirilməsinə gəlincə isə Xeyrəddin Qoca buna ehtiyacın olmadığını dedi: "Zamanı çatanda qurultay keçiriləcək. Partiyadakı ləyaqətsiz adamlar oradan getməlidirlər. Onların bəziləri dövlətdə, hakimiyyətdə, Milli Məclisdə yer tuturlar. Qalmaqallar YAP-ın ayrı-ayrı üzvləri arasındadır. YAP Heydər Əliyevin partiyasıdır. Biz və xalq Yeni Azərbaycan Partiyasını Heydər Əliyevin partiyası adlandırırıq. Biz ümummilli liderinn adını həmişə müqəddəs tuturuq”.(Qaynarinfo)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar