Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Oradan bayraq asıblar, cəhənnəmə asıblar" - Politoloq

“Orada üçtərəfli bəyanata əsasən Rus sülhməramlıları var. Harada rus ordusu var, orada da rus bayrağı ola bilər”.

Bu sözləri politoloq Zərdüşt Əlizadə erməni mənbələrində Xankəndi hava limanında Rusiya, Ermənistan və seperatçı rejimin bayrağının asılmasını əks etdirən görüntülərlə bağlı Yeniavaz.com-a açıqlama verərkən deyib. O bu halı mənasız adlandırıb:

“Əgər mən axmaq bir adam olsaydım, özümü axmaq adam saysaydım bu fotoya, bu bayraqlara əsəbiləşərdim, nə isə deyərdim. Amma özümü ağıllı adam sayıram. Səfeh şeylərə mən əsla fikir vermirəm. İt hürər, karvan keçər. O bayraqlardan bizə nə olur? Biz öz işimizlə məşğul olaq. Bərpa edək, minalardan təmizləyək, yavaş-yavaş orada infrastruktur layihələr həyata keçirək, camaatı köçürdək. Budur bizə əsas. Oradan bayraq asıblar, cəhənnəmə asıblar. Kimdir o bayrağa fikir verən?! Dağlıq Qarabağı tanıyan yoxdur, Ermənistan artıq it günündə, Rusiya üzü aşağı gedir. Bunların bizə nə dəxli var? Biz öz işimizi görməliyik. Biz öz işimizi yaxşı görsək, belə mənasız şeylərə fikir vermərik”.

O həmçinin Azərbaycanın hər hansı bir reaksiya verməli olmadığını bildirib:
“Dövlət başçılarının imzaladığı bəyanat əsasında Rus sülhməramlıları Azərbaycan hökumətinin icazəsi ilə gəlib oraya yerləşiblər, bayrağını da qaldırıblar. Olsun da, nə olsun? 5 il qalar, 10 il qalar. Nə qədər vaxta biz orada vəziyyəti səhmana salacayıq, sonra çıxıb gedəcəklər. Rus səfirliyinin üstündə rus bayrağı varsa, rus sülhməramlıların üstündə də rus bayrağı olmalıdır. Burada böyük bir qəbahət yoxdur”.

Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistan mənbələrinin birində Xankəndi aeroportunun fotosu paylaşılıb. Yazı ilə paylaşılan fotoşəkildə, Xankəndi aeroportunun ən uca nöqtəsində Rusiyanın bayrağı, yerdə - binanın sol tərəfində isə qəsbkar Ermənistanın, “sülhməramlı” Rusiyanın bayraqları və separatçı rejimin əski parçası asılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Ən çox oxunanalar