Çərşənbə, 20 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

"Onları vətən düşündürmür, çalışırlar ki..."

Deputatlar Milli Şuranın mitinqindən danışdı...

Oktyabr ayının 19-da Milli Şura Bakıda razılaşdırılmamış mitinq keçirməyə cəhd göstərdi. Hüquq-mühafizə orqanları tərəfindən yürüşün qarşısı alınıb.

PİA.az xəbər verir ki, Milli Şuranın bu addımı haqqında "Modern.az"a danışan Milli Məclisin üzvləri mitinqin icazəsiz keçirilməsini düzgün hesab etməyiblər.

Deputat Fazil Mustafa hesab edir ki, icazəsiz mitinq əvəzinə müəyyən olunan əraziyə gedə bilmək üçün nəqliyyat istəmək olardı:

"Nümayişin keçirilməsi üçün yer ayırılmışdı. İnsanların həmin əraziyə gedişini rahatlaşdırmaq üçün nəqliyyat ayırılması məsələsini gündəmə gətirmək olardı. İndiki vəziyyətdə polislə bu cür qarşıdurmaya getmək yanlışdır. Belə bir vəziyyət müxalifətin özü üçün də faydalı deyil. Çünki qarşıdurmanın yaşanması bundan sonra dinc mübarizənin aparılması üçün də problem yaradır. Ona görə, dövlət qurumları ilə razılaşdıraraq aksiya keçirilməli idi. Lökbatanda yer verilibsə, bununla bağlı hakimiyyətlə müzakirə edib, əlavə nəqliyyat ayrılması deyilə bilərdi".

Deputat Araz Əlizadə isə deyib ki, mitinq iştirakçılarını vətən düşündürmür. Bu bir daha sübut olundu:

"Onlar çalışırlar ki, Azərbaycanda qeyri-sabitlik yaratsınlar. Hakimiyyət qanuni yollarla öz hakimiyyətini qorumalıdır. Onların irəli sürdüyü tələblərdə nə ağıl, nə dərrakə var. Mitinqdə aqressivlik, qəddarlıq göstərilməsinə gəlincə, həmin şəxslər elə dəstək aldıqları xarici ölkələrə baxsınlar. Orada icazəsiz mitinqlərin necə yatırıldığını izləsinlər. Şükür etsinlər ki, bizim iqtidar o cür etmir".

Deputat Tahir Rzayev deyib ki, hər bir mitinq müəyyən qanunvericilik çərçivəsində olmalıdır:

"Mən insanları kütləvi mitinqlərə, iğtişaşlara çağırılmasının tərəfdarı deyiləm. Hər şey qanunvericilik çərçivəsində olmalıdır. Hansısa qüvvələr mitinq keçirəndə icazə almalıdır. Əks halda yaşanan qarşıdurmalardan hansısa tərəfin ziyan çəkməsi, dağıntıların olması dövlətin də imicinə ziyandır. Dünənki mitinq də bu baxımdan qəbulolunmaz idi. İnsanların kütləvi şəkildə ora axışması, yaşanan xoşagəlməz anlar heç bir halda Azərbaycan cəmiyyəti üçün faydalı deyil. Bunun məsuliyyəti isə insanları iğtişaşlara səsləyən müxalifət liderlərinin üzərinə düşür".

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


loading...

Ən çox oxunanalar