Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Ölülər hərəkət edirmiş" - Şok İddia

Avstraliyalı araşdırmaçılardan şok iddia

Avstraliyalı araşdırmaçılar indiyədək irəli sürülən nəzəriyyələrin əksinə olaraq, ölülərin məzarda "sakit yatmadıqlarını” iddia edib.
PİA.az "Teleqraf.com"a istinadən xəbər verir ki, sürətləndirilmiş kameralarla reallaşdırılan çəkilişlərdə ölü bədənin quruma və çürümə prosesində üzvlərinin hərəkət etdiyini ortaya çıxarıb.

70 cəsəd üzərində araşdırma aparan Avstraliya Təcrübə Araşdırmaları Mərkəzi (AFTER) ölmüş bədənin bir il keçdikdən sonra belə orqanların hərəkət etdiyini aşkar edib.

Sürətləndirilmiş kameralar 17 ay ərzində hər 30 dəqiqədən bir cəsədlərin fotolarını çəkib. Əldə edilən nəticələrdə bədənin quruma və çürümə prosesində hərəkət etdiyi bəlli olub. Bunun xüsusən detektivlər və patoloqlar üçün önəmli bir kəşf olduğu bildirilib.

Araşdırmaçı Alison Vilson qeyd edib ki, araşdırmalar zamanı qolların hiss ediləcək səviyyədə hərəkət etdiyini üzə çıxarıblar: "Bədəni sarılmış və ya bədənin yanında duran qollar ya yana düşür, ya da geniş açılır. Yana açılan qollar yenidən geri hərəkət edərək bədənə toxunur”.

Vilsona görə, bu hərəkətlənmə birləşdirici toxumaların qurumasıyla bədənin kiçilib büzülməsindən irəli gələ bilər.

Nyukasl Universitetinin anropoloqu Xante Mallett isə bildirib ki, ölünün hərəkət etməsi insanları təəccübləndirəcək: "Mən bunu görəndə heyrətləndim, qolların bu formada hərəkət etməsini görəndə ağzım açıq qaldı”.

Qeyd edək ki, bugünə qədər cəsədin uzun illərdən sonra da, məzara qoyulmuş vəziyyətdə qalmasına inanılırdı.

pia.az


Etiket: məzar ölü

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar