Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Niyə bunları əkib-doğub tökürsünüz?" - Zaur

"Kişinin evlənməyinə, qızın qaçmasına bədbəxtçilik deyirik. Bədbəxtçilik savadsızlıqdır. Niyə belə savadsız vətəndaşların sayını artırmağın nə mənası var? Niyə artıraq savadsız, cahil insanları? Ona savad verə bilmirik"...

Bu sözləri aparıcı Zaur Baxşəliyev "Bizimləsən" verilişində deyib. O, proqramına qatılan 18 yaşlı savadsız oğlandan bəhs edib. Zaur təhsil almayan gəncə əsəbiləşərək bunları deyib:

"Keyfiyyətli artım olmalıdır. Sözləri də doğru deyə bilməyənlər var. Niyə bunları doğub küçələrə tökürsünüz? Adam var 60 yaşında ata olur, amma uşağını oxutdurur. Bunun yaş yox, cahilliklə əlaqəsi var. 18 yaşında oğlan hərf tanımır.

Sovet dövründə məktəbə uşaq getməyəndə hamı ayağa qalxırdı. Məktəb direktoru belə bilirdi ki, uşaq məktəbə gəlməyib. İndi müəllimlər niyə maraqlanmırlar?

Bu kimi həssas və olduqca ciddi məqamlarda qəyyumluq, himayə şöbəsi hara baxır? Bir ailədə üç uşaq böyüyür, heç biri də nə oxumağı, nə də yazmağı bacarır. Savadsızdırlar.

Niyə belə olan halda onlar uşaqlarla maraqlanmırlar? Bəlkə valideynin əqli qüsuru, ruhi problemi var və ya uşağını doğru-düzgün məktəbə yola sala bilmir. Bizə pənah gətirən bu qardaşlar qeydiyyatda belə yoxdurlar. Heç şəxsiyyət vəsiqələri belə yoxdur. İraq olsun, birdən gedib hər-hansısa bir cinayət törətsə, bunu haradan axtarıb tapacaqlar? Burada vətəndaşın məsuliyyətsizliyini kənara qoyuram. Burada birbaşa məsuliyyəti daşıyan xüsusi qurumlar var ki, onlar bu uşaqlarla yaxından məşğul olmalıdırlar".(axşam)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar