Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Neftçi"nin baş məşqçisi Premyer Liqanın dayandırılmasına qarşı çıxdı

"Neftçi" koronavirusa kütləvi yoluxmalarla əlaqədar məşqləri dayandırılıb.

Dünən, həmçinin 5-6 dekabra nəzərdə tutulan hazırlıq prosesi ləğv edilib.

Komanda növbəti həftənin ilk günündə bir araya gələcək. Hazırda klubda ümumilik 9 nəfərin koronavirusa yoluxduğu açıqlanıb.

Bunlar "Neftçi"nin baş məşqçisi Samir Abasov, onun köməkçiləri Qədir Həsənov, Vəfadar Quliyev, qapıçı Kamran İbrahimov, müdafiəçilər Anton Krivotsyuk, Mərt Çelik, Mamadu Mboc və Voyislav Stankoviç, yarımmüdafiəçilər Fəhmin Muradbəyli və Sabir Buqrindir.

"Neftçi" Azərbaycan Premyer Liqasında növbəti oyununu dekabrın 5-də səfərdə "Sabah"a qarşı keçirməli idi. Lakin görüş qeyri-müəyyən tarixə təxirə salınıb.

Maraqlıdır ki, özü xəstəliyə yoluxan S.Abasov hazırkı şərtlər altında çempionatın dayandırılmasını doğru qərar hesab etmir. O, bununla bağlı açıqlamasında bunları deyib:

"Çempionat dayandırılsa, bunun fəsadları da var. Məsələn, sabah desinlər ki, çempionatı 15 gün saxlayaq. 15 gündən sonraya da qarantiya verən yoxdu axı.

15 günə vəziyyət düzəlməsə, yenidən müddət uzana bilər. İndiki vəziyyətdə də konkret çatışmazlıqlar var. İşimizi qura bilmirik.

Konkret olaraq məşq, oyun yaddan çıxıb, virusla, baş verən situasiya ilə mübarizə aparırıq. Hamı bu əziyyəti çəkir. Vəziyyət həqiqətən yaxşı deyil" (Sportinfo.az).

pia.az 


Etiket: Samir Abasov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar