Müğənni Nüşabə Musayeva rəqsi ilə gündəmi zəbt edib...
İddialara görə, müğənni ilə rəqs edən şəxs mədəniyyət naziri Əbülfəz Qarayevin həbs edilən müavini Rafiq Bayramovdur.
PİA.az-ın xəbərinə görə, müğənniylə rəqs edən şəxs rəqqas Etibar Quliyevdir.
Məsələylə bağlı danışan rəqqas videoya görə sarsıntı keçirdiyini deyib: "Bu hadisə ilə bağlı evimizdə problem yaranıb. Övladlarım nişanlıdır, bu dəqiqə onların gözünün yaşı qurumur. Bu kim tərəfindən edilib, bilmirəm. Bütün əsəblərim pozulub, dünəndən bəri təzyiqim qalxıb.
O deyib ki, nazir müavini kimi təqdim edilməsindən çox narahatdır: "Mən sıradan bir rəqs müəllimi və ailə başçısıyam, nazir müavini deyiləm, həbs edilməmişəm. 42 yaşım var, indiyə kimi siyasətlə heç bir əlaqəm olmayıb".(Azxeber.com)
pia.az