Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Navalnı üç çarpayılıq kamerada təcrid olunub" - "Onun həyatı təhlükədədir"

Rusiyanın müxalifət lideri Aleksey Navalnı Moskvada “Matrosskaya Tişina” təcridxanasına yerləşdirilib. O, Almaniyadan Moskvaya qayıdandan 30 sutkalığa həbs olunub. Kreml yanvarın 19-da bildirib ki, müxalifətçinin həbsiylə bağlı beynəlxalq təzyiq onu narahat eləmir.

“Matrosskaya Tişina” bəzi qalmaqallı ölümlərlə ad çıxarıb. 2009-cu ilsə vəkil Sergey Maqnitski orda vəfat etmişdi.

İctimai Monitorinq Komissiyası insan haqları qrupunun katibi Aleksey Melnikov "Telegram"-da yazıb ki, Navalnıya kamerasında baş çəkib. Melnikov deyib ki, Navalnı üç çarpayılıq kamerada təcrid olunub, xaricdən gələnlər üçün qaydalara əsasən iki həftə karantində saxlanmalıdır.

Navalnının həbsi beynəlxalq miqyasda qəzəb doğurub, bir sıra ölkələr Moskvanı Kremlin tənqidçisini dərhal buraxmağa səsləyib.

Prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov isə bu tənqidləri rədd edir. O, Moskvada brifinqdə jurnalistlərə deyib ki, Navalnı işi daxili məsələdir və Rusiyanın belə bəyanatlara qulaq asmaq niyyəti yoxdur.

Putinin bir sıra tənqidçiləri “Matrosskaya Tişina”ya göndərilib. Keçmiş oliqarx Mixail Xodorkovski, onun həmkarı Platon Lebedev də həmin təcridxanada saxlanıblar. Maqnitski Rusiya məmurlarını 230 milyon dollarlıq vergi fırıldağında ittiham edirdi.

Yanvarın 19-da AŞPA-nın Hüquqi Məsələlər və İnsan Haqları Komtəsində Navalnının həbsiylə bağlı dinləmə keçirilib. Müxalifətçinin həmkarı Leonid Volkov videokonfrans vasitəsilə tədbirə qoşulub. O, Navalnının qanunsuz olaraq həbsə atıldığını deyib.

“İndi o, onu zəhərləyənlərin əlindədir. Bu da əlbəttə ki, onun həyatına təhlükə yaradır”, – Volkov vurğulayıb.

“Məncə, bu, Avropa İnsan Hüquqları Məhkəməsinə Aleksey Navalnının həbsxanadan dərhal azad olunmasını tələb etməkdən ötrü bütün mövcud hüquqi mexanizmlərən istifadə etmək imkanı verir. Məhkəmə avqustun 21-22-də bu mexanizmlərdən istifadə elədi, Navalnının Almaniyanın aparılmasının problem olmadığını bildirdi və bunun köməyi dəydi”, – o vurğulayıb.

Navalnı daha öncə də dəfələrlə həbs olunub. Bu dəfəki həbsi onun şərti cəzasının tələblərini pozmasıyla izah olunur. İndi onun cəzası real həbsləəvəzlənə bilər.

Müxalifətçi avqustda zəhərlənməsinin arxasında Putinin dayandığını iddia edir. Yanvarın 18-də məhkəməsində də Putinin qorxduğunu bildirib.Avqustda Sibirdə zəhərlənmiş Navalnı Almaniyada müalicə alırdı. O, yanvarın 17-də axşam aBerlindən qayıdan kimi pasport yoxlama məntəqəsində saxlanıb. (azadliq.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar