Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Nar" məktəblilər üçün "Oxu Saatı" layihəsinə start verir

23 aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Nar” və Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə məktəblilər üçün “Oxu saatı” layihəsinə start verilir.

Şirkətdən verilən məlumata görə, layihənin əsas məqsədi pandemiya dövründə məktəblilərin maarifləndirilməsi və mütaliə vərdişlərini inkişaf etdirərək səmərəli vaxt keçirmələrinə dəstək olmaqdır. Layihə çərçivəsində Azərbaycanın ədəbiyyat və incəsənət sahəsinin tanınmış simaları uşaqlar üçün “Zoom” platforması üzərindən müxtəlif bədii əsərlərdən parçalar səsləndirəcəklər.

“Oxu Saatı”nın ilk qonağı xalq yazıçısı Çingiz Abdullayev mütaliənin əhəmiyyətindən, gənclərin dünyagörüşünün inkişafında kitabın rolundan danışacaq, eyni zamanda sevimli kitablarını dinləyicilərlə paylaşacaq. 24 aprel saat 12:00-da baş tutacaq onlayn görüşə qoşulmaq üçün bu keçidə daxil ola, “Nar”ın rəsmi Facebook və YouTube kanallarında yayımı canlı şəkildə izləyə bilərsiniz.

Qeyd edək ki, 24 aprel tarixindən başlayaraq 1 ay boyunca davam edəcək “Oxu saatı”nda Çingiz Abdullayevlə yanaşı, hər həftənin şənbə günü Zülfiyyə Xanbabayeva, Nərgiz Cəlilova, Ceyhun Əli kimi qiraətçiləri də dinləmək mümkündür. Cədvəl və oxunacaq kitablar haqqında məlumat “Nar”ın rəsmi “Facebook” və “İnstagram” səhifələrində mütəmadi olaraq paylaşılacaq.

“Nar”ın elm və təhsilin inkişafına yönəlik sosial layihələri haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Ən çox oxunanalar