Çərşənbə, 03 İyun 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

"Nar" koronavirusla mübarizəyə dəstək çərçivəsində səyyar xidmətlərin göstərilməsinə başlayıb 

"Nar" şirkəti abunəçilərin evdən çıxmadan zəruri xidmətləri ala bilməsi üçün “Səyyar Nar” layihəsinə start verib...

Şirkətdən PİA.az-a verilən məlumata görə, bu xidmət sayəsində Bakı, Abşeron və Sumqayıt ərazilərində yaşayan abunəçilər evlərini tərk etmədən lazımı əməliyyatları birbaşa ünvanlarında əldə edə biləcəklər. Abunəçilər "Nar" xidmət mərkəzlərində göstərilən bütün xidmətlər üçün, eləcə də dublikat və nömrə bərpası əməliyyatları üçün “Səyyar Nar”a müraciət edə bilərlər. Müraciətlər 24/7 gücləndirilmiş iş rejimində çalışan 777 Çağrı mərkəzi və mobil operatorun rəsmi sosial media səhifələri üzərindən qəbul edilir. Müraciət zamanı xidmətin göstəriləcəyi dəqiq ünvan, əlaqə nömrəsi və lazım olan xidmət növü qeyd edilməlidir. Xatırladaq ki, abunəçilər tarif dəyişmə, balans artımı, internet paketlərinin aktivləşdirilməsi, izahlı qaimə və bir çox digər mühüm sorğularını "Nar+" tətbiqi vasitəsilə yerinə yetirə bilərlər. "Nar" hər kəsi Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əməl edərək zərurət olmadığı təqdirdə evdən çıxmamağa və koronavirusla mübarizə üçün imkanları səfərbər etməyə çağırır.

pia.az

 

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Səyyar Nar

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İcra başçısının 200 minlik yeyintisi aşkarlandı

Nizami Rayonu İcra başçısının oğlu Milli Məclisdəki işini itirdi

Fuad Muradovun qardaşından şok açıqlama: “Onu Əli Həsənov idarə edir” - Video  

Vahid Əhmədov bu dəfə Elman Rüstəmovun "bostanına daş atdı"

"Ödəniş etməyənin mağazasına özüm gələcəm" - Kəbirə Məmmədova Binə T/M-də çalışanlara "qan uddurur"

“Vəzifəyə, pula, şöhrətə görə anasını da satar” – Məşhur aparıcı

Koronavirus testlərinə nə qədər güvənmək olar?

"Ev 500 min manata tikilibsə, o demək deyil ki, qiyməti də o qədərdir"

Nazir zərərlə işləyən qurumların adını açıqlayıb

loading...

Ən çox oxunanalar