Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Nar"ın sürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda

Ölkə əhalisini yüksəkkeyfiyyətli 4G şəbəkəsi ilə təmin edən "Nar", 4G texnologiyalı baza stansiyalarının sayını artırmaqda davam edir. Mobil operatorun quraşdırdığı LTE baza stansiyaları sayəsində artıq QobustanXızı sakinləri də 4G şəbəkəsi ilə təmin olunub.

Aparılan şəbəkə təkmilləşmə işlərinin nəticəsi olaraq 55-ə yaxın rayon 4G baza stansiyası ilə təmin edilib. Belə ki, "Nar" son 3 ayda 600-dən çox 4G texnologiyalı, 40-a yaxın isə 3G texnologiyalı baza stansiyası quraşdırıb. Bununla da, "Nar"ın 4G baza stansiyalarının sayı 2300-ü, 3G baza stansiyalarının sayı isə 2700-ü ötüb.

"Nar" 4G şəbəkəsini BakıAbşeron yarımadası ərazisi ilə yanaşı, regionlarda, şəhər və rayon mərkəzlərində də artırır. "Nar" Azərbaycanın ən ucqar kəndlərini belə mobil rabitə xidmətlərilə təmin etməkdədir. Qeyd edək ki, mobil operatorun 4G istifadəçilərinin 72%-i paytaxt Bakının, 28%-i isə regionların payına düşür.

Hazırda ölkə əhalisinin 97.6%, ölkə ərazisinin isə 83,6%-i (işğal olunmuş ərazilər istisna olmaqla) "Nar"ın sürətli internetindən yararlana bilir. Mobil operator 8100-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçini yüksək sürətli internetlə təmin edir.

Qeyd edək ki, mobil operator ölkə boyu yeni baza stansiyaları quraşdırmaqla yanaşı, əvvəl quraşdırdığı baza stansiyalarını daim yeniləyir. Bundan başqa, "Nar" baza stansiyalarının şəbəkə tutumunu da genişləndirir.

Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

Pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar