Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Nar"ın baş sponsorluğu ilə "Breyn Rinq"in yeni mövsümünə start verilir

Azərbaycanın ən maraqlı və baxımlı intellektual yarışı olan “Breyn Rinq”in 16-cı mövsümü “Nar” şirkətinin baş sponsorluğu ilə yenidən start götürür.

Şirkətdən PİA.az-a verilən məlumata görə, hər zaman gənclərin intellektual inkişafına xüsusi önəm verən “Nar”, artıq 8 ildir ki, “Breyn Rinq” intellektual yarışının baş sponsorudur. Bu mövsüm mübarizəyə ölkə üzrə 6 region və 6 universiteti təmsil edən 16 komanda qoşulub. Yarış hər həftənin cümə günü saat 19:50-də İctimai Televiziyada yayımlanacaq.

Builki mövsümün özəlliyi yarışın pandemiya şərtlərinə uyğun olaraq keçirilməsidir. Belə ki, hər buraxılışda tamaşaçıların iştirakı olmadan sadəcə iki komanda yarışacaq. Bundan başqa yarışda iştirak edən hər bir komanda və heyət üzvü çəkilişdən öncə COVİD-19 testindən keçməlidir.

Qeyd edək ki, “Bilik” kuboku və “Nar” tərəfindən təsis edilmiş “Nar” kubokunun qalibləri Azərbaycan çempionu titulu uğrunda yarışmaq hüququ əldə edir. Bu mövsüm isə komandalar “Bilik” kuboku uğrunda mübarizə aparacaq. “Bilik” kubokunu qazanan komanda isə ötən mövsüm “Nar” kubokunun qalibi olmuş “Nar” komandası ilə “Breyn Rinq 2020” Azərbaycan çempionu titulu uğrunda mübarizə aparacaq.

“Nar”ın təhsilin inkişafına yönəlmiş digər layihələri ilə Nar.az səhifəsində tanış olmaq mümkündür.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar