Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Nar" 4G istifadəçilərinin sayı 1 il ərzində 2 dəfədən çox artıb

Son 1 ildə "Nar"-ın smartfon istifadəçilərinin sayı 20% çoxalıb

Ölkənin ən gənc mobil operatoru "Nar"-ın 4G istifadəçilərinin sayı sürətlə artmaqdadır. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə "Nar" 4G internetindən istifadə edənlərin sayı 110% artaraq 600 mindən çox olub. Ümumilikdə, "Nar" abunəçilərinin 25%-i yüksəksürətli 4G internetinin istifadəçisidir. Mobil operatorun 4G istifadəçilərinin sayının artmasına ölkə ərazisində yeni baza stansiyalarının sürətlə quraşdırılması, eləcə də 4G smartfon penertasiyasının artımı təsir edib. Belə ki, son 1 ildə "Nar"-ın smartfon istifadəçilərinin sayı 20% çoxalıb.

Qeyd edək ki, "Nar" 4G xidmətini paytaxtla yanaşı, bölgələrdə, şəhər və rayon mərkəzlərində də təqdim etməkdədir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bölgələrdə internet istifadəçilərinin sayı 75% artıb. "Nar" 4G istifadəçilərinin 71%-i paytaxt Bakının, 29%-i isə regionların payına düşür. Mobil operatorun 4G baza stansiyalarının təqdim etdiyi yüksəkkeyfiyyətli mobil internet xidməti nəticəsində, internet trafikinin həcmi son 1 ildə 70%-ə qədər yüksəlib.

4G keyfiyyəti ilə yanaşı, "Nar"-ın təklif etdiyi sərfəli qiymətlər abunəçilərin mobil internetdən daha çox istifadəsinə şərait yaradır. Limitsiz internet paketləri, müştərilərə həm internet, həm danışıq dəqiqələrini paket şəklində bir arada almaq imkanı verən tariflər "Nar" 4G istifadəçilərinin sayının artmasına təsir edib.

Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

"Azerfon" şirkəti ("Nar" ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar" ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar" şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

pia.az

 


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar