Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Müharibə yalnız Qarabağda getmir" - Aslan İsmayılov

"Son günlər yayılan görüntülərdən, ermənilərin dünyaya haray salmaqlarından aydın görünür ki, ordumuzun işğal altında olan torpaqlarımızı azad etmək əməliyyatı uğurla davam edir. Xüsusilə qeyd etməliyəm ki, Şanlı Ordumuz bu əməliyyatlar zamanı erməni mülki əhalisinə zərər yetirməmək məqsədi ilə maksimum ehtiyatla davranmağa çalışır, dəqiq zərbələr endirir. Bunun müqabilində isə düşmənlərimiz həmişə olduğu kimi namərdcəsinə bizim dinc əhalimizi hədəfə alırlar. Artıq onlarla dinc sakin müharibə bölgəsindən uzaqlarda, nə Dağlıq Qarabağa, nə də işğal olunmuş ərazilərə bir aidiyyatı olmayan məkanlarda ermənilərin uzaq vuran topları ilə qətlə yetirilib. Baş verənlər bir daha onu göstərir ki, düşmən tam panikadadır, hərbi üstünlük tam olaraq Azərbaycan Ordusunun əlindədir və bu əməliyyatı dayandırmaq üçün hər murdar yola əl atır. Buradan bir daha Azərbaycanda və Dünyada yaşayan Həmvətənlərimə müraciət edirəm".

PİA.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov bildirib ki, müharibə yalnız Qarabağda getmir: "Düşmən öz riyakar, yalanlarla dolu informasiya maşınını bizə qarşı çevirib dünya ictimaiyyətini bizə qarşı qaldırmağa çalışır. Biz düşməndən sayca dəfələrlə çoxuq və bu mübarizədə hər birimiz bütün güclərimizi səfərbər etməliyik. Barəmizdə yayılan yalanlara bütün müstəvilərdə təzkib verməli, Azərbaycanın haqlı mübarizəsini hamıya çatdırmalıyıq. Bu işdə əlaqələrimizi, pulumuzu, vaxtımızı, enerjimizi əsirgəməməliyik. Hamımız bilməliyik ki, Azərbaycan tarixində görülməmiş sınaq qarşısındadır və bu sınaqdan qələbə ilə çıxmaq tək Ordumuzdan, Ali Baş Komandandan və onun komandasından deyil, hər bir Azərbaycanlıdan asılıdır! Allah Azərbaycanı onun haqq mübarizəsində qorusun".(Pravda.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar