Bazar, 17 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

"Müharibə qaçılmazdır"- Sabiq nazirdən açıqlama

Azərbaycan müharibəyə hazırlaşır?...

Azərbaycan gələn il üçün müdafiə xərclərini 21% artırıb.
Maraqlıdır, Ermənistanla aparılan diplomatik danışıqların uzun zamandır ki, nəticəsiz qaldığı, rəsmi İrəvanın öz işğalçılıq siyasətindən imtina etməyəcəyi ilə bağlı bəyanatlar verdiyi bir zamanda gerçəkləşdirilən bu artım nədən xəbər verir? Bu, rəsmi Bakının müharibə hazırlığı yolunda atdığı addım kimi dəyərləndirilə bilərmi?

PİA.az xəbər verir ki, sabiq XİN rəhbəri Tofiq Zülfüqarov, gələcəkdə müdafiə xərclərinin daha da artırılmasını istisna etmədiyini vurğulayıb:

“Mən deməzdim ki, biz bunları hərbi əməliyaytlarla əlaqələndirməliyik. Lakin bu da aydındır ki, bizim əsas məqsədimiz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etməkdir. Bu məsələdə ermənilərin atacağı addımlardan da çox şey asılı olacaq. Bəllidir ki, onlar danışıqlar yolu ilə torpaqları azad etmək niyyətində deyillər. Əgər onlar bundan sonra da bu mövqedə qalsalar, deməli, müharibə qaçılmazdır.

Bunu nəzərə alaraq, Azərbaycan hökuməti bu addımları atır və gələcəkdə də atacaq. Güman edirəm ki, gələcəkdə müdafiəyə bundan da çox vəsait ayrılacaq”. (moderator.az)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar