Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Müalicəm mənə baha başa gəldi" - Naibə Allahverdiyeva

Türkiyədə müalicə alan xalq artisti səhhətiylə bağlı məlumat verib...

Türkiyədə müalicəm işə yaradı. Özümü yaxşı hiss edirəm. Amma müalicəmi davam etdirmək üçün yenidən Türkiyəyə qayıtmalıyam.

Bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində Xalq artisti Naibə Allahverdiyeva bildirib. Aktrisa Türkiyədə aldığı müalicəsinin ona baha başa gəldiyini bildirib:

“Beyin və qan təzyiqimin yuxarı olması ilə bağlı səhhətimdə ciddi problemlər yarandı. Ona görə də Türkiyəyə getdim. İnanın, müalicəm mənə baha başa gəldi. Orada həkimlər və müalicə çox bahalıdır. Həddindən artıq çox pulum çıxdı”.

N.Allahverdiyeva müalicəsi ilə bağlı maliyyə baxımından aldadıldığını da dilə gətirib, gileyləndi:

“Türkiyədə müalicə aldığım klinikanın distribüteri Bakıda da var. Onların yolu ilə Türkiyədəki həmin klinikaya getdim. Amma məni aldatdılar. Mənim vəziyyətim elə kritik idi ki, götür-qoy etməyə və düşünməyə zamanım yox idi. Təcili olaraq getməli idim. Türkiyədə soyuldum. Çox bahaçılıqdır. Türk vətəndaşlarının tibbi sığortası var. Ona görə onların xəstəxanalara bizim kimi külli miqdarda xərcləri çıxmır. Bakıdan gedəndə Türkiyədəki klinikanın bu qədər baha olduğunu mənə söyləmədilər. Ora tək getməmişdim, yanımda yaxın qohumum var idi. Özümdə-sözümdə deyildim. MRT-yə ödəcəyim pulun miqdarını mənə söyləyəndə şoka düşdüm”.

Bir iynənin ucbatından komaya düşüb, vəziyyəti ağırlaşan xalq artisti Bakıda müalicəsinin onun üçün riskli olduğunu anlayıb, məhz bu səbəbdən Türkiyəyə üz tutduğunu vurğuladı:

Bakıda müalicəmə kifayət qədər böyük məbləğdə pul xərclədim. Onlar mənə dəqiq diaqnoz da qoya bilmədilər. Vəziyyətin daha da gərginləşdiyini gördükdən sonra, qorxub, təlaşlanıb çarəni Türkiyəyə getməkdə gördüm. Səhhətim çox pis və ağır idi. Burada müalicə aparmaqdan imtina etdim. Çünki həkimin bir iynəsi məni “koma halı”na saldı, “şoka” düşdüm. Bundan sonra gözüm çox qorxdu. O üzdən qərar verdim ki, Türkiyəyə gedib, orada müalicə almalıyam.

Mən artıq işə çıxıram. Mədəniyyət Nazirliyi, bir çox sənət yoldaşlarım və məni sevən pərəstişkarlarım zəng vurub səhhətimlə maraqlandılar. Onların hər birinə öz təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, bir müddət bundan əvvəl Naibə Allahverdiyeva əsəblərinin pozulduğunu və qan təzyiqindən əziyyət çəkdiyini bildirmişdi.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar