Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Moskva öz vassalına kömək etmək istəyir..." - Zaxarovanın açıqlamalarına Bakıdan reaksiyalar

Rusiya Xarici İşlər Nazirliyi (XİN) öz sözçüsü Mariya Zaxarovanın dili ilə Dağlıq Qarabağa terrorçu-muzdluların gəldiyini iddia edib. Kreml bununla bir növ işarə edib ki, guya onlar Azərbaycan tərəfindən vuruşurlar. Hətta XİN sözçüsü deyib ki, Qarabağda “terror anklavı” yarana bilər.

Qeyd edək ki, sentyabrın 27-dən bu günə qədər davam edən Vətən müharibəsində şimal qonşumuz tərəfindən müxtəlif şəxslərin simasında bu cür açıqlamalara ara-sıra rast gəlməkdəyik. Bu da Azərbaycan tərəfdə ciddi etirazla yanaşı, narahatlıq doğurur. Sanki Kreml Azərbaycan Ordusunun Qarabağdakı uğurlarına bu cür yollarla kölgə salmağa çalışır, yəni döyüşən guya muzdlulardır, uğuru da onlar qazanır...

Amma ortaya heç bir dəlil-sübutlar qoya bilmirlər. Belədirsə, o zaman Rusiya XİN-i bizdən nə istəyir?

Əslində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev müharibənin başladığı gündən bu günə qədər xarici mediaya verdiyi çoxsaylı müsahibələrin demək olar ki, hər birində bu məsələyə toxunub və nöqtə qoyub. “Mən bu ittihamlara, bu əsassız ittihamlara dəfələrlə cavab vermişəm. Səmimi desəm, təəssüflənirəm ki, bitərəf olmalı, onlara ATƏT tərəfindən verilmiş mandata əsasən hərəkət etməli olan ölkələrin yüksək səviyyəli rəsmiləri təsdiqini tapmamış bu əsassız ”informasiya"dan və şayiələrdən istifadə edirlər".

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində “Rusiya, Sergey Lavrov dünən dedi ki, Dağlıq Qarabağda təqribən iki min muzdlu döyüşür. Bununla bağlı nə deyərdiniz” sualına cavabında bildirib.

Dövlət başçısı deyib ki, bizdə heç bir muzdlu yoxdur: “Mən bu haqda dəfələrlə demişəm. Bizim onlara ehtiyacımız yoxdur. Bizim 100 min döyüşçüdən ibarət ordumuz var, biz tam səfərbərlik elan etsək, bundan bir neçə dəfə çox toplaya bilərik. Lakin biz Ermənistandan fərqli olaraq bunu etmirik”.

Arzu Nağıyev: “Faktları varsa, ortaya qoysunlar”

Deputat, politoloq Arzu Nağıyev belə açıqlamaları təsadüfi saymır: “Təəssüf hissi ilə qeyd etməliyəm ki, ATƏT-in Minsk qrupuna həmsədr olan ölkələr sadəcə olaraq öz mövqelərini bildirməkdə davam edirlər. Bunlar əgər Minsk qrupunun həmsədrləridirsə, ümumiyyətlə, bu istiqamətdə özlərinə xas açıqlamalar verməməlidirlər. Siz təsəvvür edin ki, Xarici İşlər Nazirliyinin mətbuat xidməti belə açıqlama verir ki, guya orada hansısa muzdlular döyüşür və s. Cənab prezident səviyyəsində bu məsələyə birdəfəlik nöqtə qoyulub. Ortada heç bir fakt yoxdur. Digər məsələ ondan ibarətdir ki, gördüyünüz kimi həm Fransanın prezidenti, eyni zamanda, ”Vaşinqton Post" və bir sıra qəzetlərdə, bundan başqa Rusiya mətbuatında bu məsələ daha çox qabardılır. Bunun da səbəbləri var. Ermənilər bütün dünyaya bir məsələni car çəkmək istəyirlər. Öz orduları haqqında yaradılan mifin puç olduğunu görüb, guya Azərbaycan tərəfi bunu muzdluların hesabına edib görüntüsü yaratmağa çalışırlar. Məhz buna görə məsələni böyüdürlər. Digər məsələ isə onunla bağlıdır ki, rəsmi şəkildə bir sıra ölkələrdən quldurların gətirilməsini ört-basdır etmək üçün bu cür fikirləri ortaya atırlar. Bunu da kimin əli ilə edə bilərlər? Təbii ki, Rusiyanın. Burada bir məsələ də diqqət çəkir. Kreml niyə PKK-nın adını belə çəkmir? Bu da çox maraqlıdır. Əsas məqam ondan ibarətdir ki, bu müharibənin Azərbaycan tərəfindən təkbaşına aparılmasını, qələbə qazanılmasını, Türkiyənin mənəvi dəstək olmasını bunlar həzm edə bilmirlər. Biz heç kimə müraciət etmədən çox yüksək səviyyədə texnikadan, eləcə də, özümüzün kadr potensialından istifadə edərək buna nail olduq.

Bir məsələni da qeyd etmək istəyirəm. Rusiya çalışacaq ki, burada sülhməramlı qüvvələrdən və digərlərindən istifadə etməklə bu məsələni qabartsın. Lakin Azərbaycanın razılığı olmadan hər hansı sülhməramlıdan və digər məsələlərdən söhbət gedə bilməz. Rusiya, Amerika və Fransanın bir sıra Kütləvi İnformasiya Vasitələrində olan fake məlumatlardan başqa heç kim bu məsələni təsdiq etmir. Qələbə bizimdir, Qarabağ Azərbaycandır. Bu məlum məsələdir. Biz bütün dünyaya göstərdik ki, boşuna ölkələr sırasında ilk 50-likdə qərarlaşan ordu deyilik. Biz döyüşə-döyüşə bu səviyyəyə çatmış orduyuq. Ona görə çoxları bunu qəbul edə bilmir. Əgər hansısa faktları varsa, ortaya qoysunlar. Terror anklavının yaradılması məsələsinə gəlincə, dünya praktikası var. Təsəvvür edin ki, Ərəb dövlətlərinin ortasında yer alan İsrail ona qarşı illərlə davam edən təcavüzün qarşısında dayanır, qarşılarını da alır. Düşünürəm ki, terror anklavı yaratmaq fikrinə düşsələr, onlar sona qədər məhv olacaqlar".

İlham İsmayıl: “Azərbaycan öz uğurlarını davam etdirdikcə...”

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl: “Əvvəla, onu deyim ki, Rusiyanın mövqeyi ilk günlərdə təkcə Zaxarovanın simasında deyil, Rusiya Xarici Kəşfiyyat İdarəsinin rəisi Sergey Narışkinin simasında özünü göstərdi. O göstərmişdi ki, guya bizdə muzdlu döyüşçülər, hətta onların içərisində Suriyadan gələn terrorçular da var. Bunları guya ki, Türkiyə cəlb edib. Əvvəldən rəsmən Rusiya tərəfindən belə açıqlamalar var idi. İndi də Azərbaycan öz uğurlarını davam etdirdikcə, Rusiya bura hərbi güclə təsir edə bilmədikcə, əllərindən ayrı heç nə gəlmir, öz vassalları qarşısında nəsə etmək istəyirlər. Bunu da təbii ki, Ermənistanı itirməmək üçün edirlər. Zaxarova kimilərinin dili ilə bizi ittiham edirlər. Siz də bilirsiniz ki, diplomatiyada bu məsələlər birbaşa deyilə bilmir. Şübhələr var və s. kimi fikirlər səsləndirilir. Amma bunlar möhür vururlar. Sanki burada döyüşən elə muzdlulardır. Bununla Qarabağda gedən müharibəyə bir şəkildə qarışmaq istəyirlər. Qarışmağın da əsaslarını yaratmağa çalışırlar. Guya səhəri gün bunlar Rusiya üçün təhlükə yaradacaqlar. Yeri gəlmişkən, İran da bu məsələdə özünü elə göstərməyə çalışır ki, guya bizdə muzdlular var, bu İrana təhlükədir. Özü də bunu ömrü boyu terroristlərlə işləyən bir ölkə deyir. Bütün bunlar hər iki dövlətin, xüsusilə, Rusiyanın mövqeyidir. Bunun başqa açıqlaması yoxdur. Əsası yoxdur, amma öz münasibətlərini bildirirlər”(musavat.com)

pia.az 


Etiket: Zaxarova


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar