Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Miqrantlara qarşı lazım olsa öldürücü qüvvədən də istifadə edə bilərik"

ABŞ dövlət rəhbəri Donald Tramp Amerika-Meksika sərhədinə yaxınlaşan miqrant axınının qarşısını almaq üçün lazım gəlsə öldürücü qüvvədən də istifadə edə biləcəklərini bildirib

PİA.az Musavat.com-a istinadən xəbər verir ki, Tramp keçirdiyi mətbuat konfransında fikirlərini bu şəkildə ifadə edib: "mən razılığımı verdim, ümid edirəm bundan istifadə etmək məcburiyyətində qalmarıq".

Əgər hər hansı qarşıdurma yaşansa, sərhədin qapadılacağını və hətta Meksika ilə ticarətin dayandırıla biləcəyini vurğulayan Tramp "vəziyyət bizim idarəmizdən çıxsa ya da insanlar ölməyə başlasa, o zaman sərhədlər bağlanacaq. Bütün sərhədi nəzərdə tuturam"- deyə bildirib.

Tramp daha əvvələr də miqrantların əsgərlərə xəsarət yetirəcəkləri halında əsgərlərin də onlara güc göstərə biləcəklərini söyləmişdi.

Həftə başından miqrantların ən çox axınına məruz qalan Tijuana ilə San Ysidro yeni maneələrin quraşdırılması üçün müvəqqəti olaraq qapanıb. Miqrantlar üçün "işğalçılar" ifadəsinidən istifadə edən Tramp sərhədə 5800 əsgər göndərdiyini bildirib.

Karvandakı Honduras, Qvatemala və Salvador-dan gələn miqranlar ölkələrindəki zülm, şiddət və yoxsulluqdan qaçdıqlarını bildirirlər.

Əsgərlər miqrantlara qarşı silahdan istifadə edəcəklərmi?

Trampın "öldürücü qüvvələrdən istifadə edə bilərik" cavabından sonra ABŞ-ın Müdafiə naziri Cim Matis sərhəd bölgələrindəki təhlükəsizliyi təmin edən qüvvələrin silahsız olacağını bildirdi.

Tramp əvvəlki illərdə miqrantlardan qorunmaq üçün sərhədlərə divarların inşa olunacağını bildirsə də, ölkədəki əsas qüvvə olan demokratlar buna imkan verməmişdi.

Sərhəddə növbə gözləyən miqrantlar indi haradadır?

Hazırda Meksika-ABŞ sərhədində 3000 miqrantın olduğu söylənilir. 2750 qədər miqrant bələdiyyənin verdiyi sığınacaqlarda yerləşdirilib.

Lakin miqrant axının hər keçən gün daha da artdığı və 1 ay ərzində 10 minə çatması gözlənilir. Tijuana Bələdiyyə sədri Xuan Manuel bu qədər miqrantı yerləşdirməyin mümükünsüzlüyündən şikayətləndi.

pia.az


Etiket: Tramp miqrantlar

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar