Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Minsk qrupu həmsədrlərinin səylərini bundan sonra da dəstəkləyəcəyik"

“Avropa İttifaqı (Aİ) ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə yönələn səylərini bundan sonra da dəstəkləyəcək”

Bu barədə Ermənistan baş naziri Nikol Paşinyanla İrəvandakı danışıqlarının yekunlarına həsr olunan brifinq zamanı Avropa Şurasının prezidenti Donald Tusk bildirib.

“Aİ ATƏT-in Minsk qrupu həmsədrlərinin Helsinki Yekun Aktının təməl prinsiplərinə əsaslanan uzunmüddətli çözümə köklənən vasitəçilik səylərini bundan sonra da dəstəkləyəcək. Aİ regionda sülhün inşasını dəstəkləyərək xalqları sülhə hazırlamaq üçün görülən tədbirlərə də yardım göstərməyə hazırdır”, – o deyib.

D.Tusk Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindəki “müsbət dinamika”nın Aİ tərəfindən alqışlandığını, lakin “son günlər baş verən ölüm hallarını və gərginliyi artıran bəyanatlarla bağlı ATƏT-in Minsk qrupunun narahatlığını bölüşdük”lərini diqqətə çatdırıb.

Avropa Şurasının prezidenti bununla bağlı münaqişə tərəflərini təmkinli olmağa, “gerçək danışıqları davam etdirmək” üçün sülh ab-havasının bərpasına yönələn addımlar atmağa çağırıb.

Xatırladaq ki, D.Tusk iyulun 9-da Azərbaycanda səfərdə olub.(Report) 

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar