Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Mənimlə cinsi əlaqəyə girməsən, yaşadıqlarımızı ailənə deyəcəyəm" — Zəhranın intihar səbəbi

Antalyada intim əlaqədə olmağa məcbur etdiyi keçmiş sevgilisi 19 yaşlı Zəhra Demirin, ailəsi ilə yaşadığı evin qapısı ağzında intihar etməsinə səbəb olduğu iddiası ilə ömürlük həbsi tələb edilən 18 yaşlı Süleyman Taruk sərbəst buraxılıb.

PİA.az xəbər verir ki, mərhum Zəhranın ailəsi və vəkili məhkəmin bu qərarını eşidincə həyatlarının şokunu yaşayıblar. Vəkil Hadi Cin prosesdə ağlayıb. Cin "Etiraz edirəm. Qadına şiddətin intihara səbəb olduğu məqamda məhkəmənin bu qərarını anlaya bilmirəm" deyib.

Kəpəz qəsəbəsinin Ahatlı Məhəlləsində yaşayan Zəhra Demir həmin məhəllədə qalan Süleyman Taruk ilə bir müddət yaxınlıq edib. Zəhra Demir münasibətlərinə son qoymağına baxmayaraq Süleyman Taruk gənc qızı rahat buraxmayıb. Tez-tez zəng edərək onu şantaj edəcəyi ilə hədələyib. Zəhra 10 dəfə telefon nömrəsini dəyişmək məcburiyyətində qalıb. Taruk axırıncı dəfə 28 sentyabrda Zəhra Demirə zəng edib. İddiaya görə, gənc qızı yenidən onunla cinsi əlaqədə olmayacağı təqdirdə yaşadıqlarını ailəsinə açıb deyəcəyi ilə təhdid edib.

Zəhranın intihar etdiyi gecə saxlanılan Süleyman Taruk hadisədən 6 gün sonra sərbəst buraxılıb.

Qeyd edək ki, Antalya şəhərində yerləşən Kəpəz dövlət xəstəxanası yaşı 18-dən aşağı olub, doğum edən uşaqlar ilə bağlı statistikanı açıqlayıb. Statistikaya görə, iki il ərzində sadəcə Antalya vilayətində 274 uşaq hamilə qalıb. Onların əksəriyyətinin yaşı 14-17 arasıdır. (Milli.Az)

pia.az


Etiket: Türkiyə intihar

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar