Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Məni yaxşı hərif tapıblar" - Məşhur yazıçı od püskürdü

"Məni yaxşı hərif tapıblar. Deməli, dünyaya körpə uşaq gələndə özləri cəmisi 90 manat ödəyirlər, vəssalam. Ancaq mənə - ömrü boyu işsiz qoyduqları bir şairə, yazıçıya, publisistə övladlarını böyüdüb oxutduqdan sonra təzədən 12 min aliment borcu kəsirlər”

Bunu yazar Murad Köhnəqala deyib. Aliment borcuna görə həbs olunan M. Köhnəqala qeyd edib ki, mütəmadi olaraq maraqlı bədii, publisistik yazılarımla ölkə mətbuatına yeni rəng qatıb. Lakin junalistlərə verilən mənzil üçün müraciət etsə də hamıya verdikləri evdən bir ona verməyiblər:

"Di gəl, ölkədə bir ictimai-siyasi hadisə olan kimi, gündəmə bir mövzu gələn kimi mövqeyimi soruşub rəyimi həvəslə mətbuatda yayımlayır, müftə danışdırmaq üçün məni televiziyalara çıxarırlar. Ancaq işsiz qalmağıma, adicə kitab çap etdirmək üçün maddi durumumun sıfır olmasına, mənzil kirayəsini ödəmək naminə ona-buna ağız açdığıma bütün cəmiyət susur”.

Yazar qeyd edib ki, Yazıçılar Birliyinin Yaradıcılıq Evində Qarabağ qaçqınları ilə birgə qaçqın həyatı yaşayan keçmiş ailə üzvlərini bu yaxınlarda çölə atanda ölkədə heç kimin səsi çıxmayıb: "Qaçqınlar mənzillə təmin olundu, ancaq mənim uşaqlarımı çölə atdılar. Hazırda Ağdamda düşmənlə üz-üzə hərbi qulluqda olan oğlumun anasını və ali təhsilli bacısını 20 il yaşadıqları evdən bayıra atanda heç bir mətbuat onların taleyi ilə maraqlanmadı. Ancaq işsizlik, imkansızlıq ucbatından haçansa ödəyə bilmədiyim aliment borcuna görə məni rahatca tutub içəri basdılar.

Aliment ödəyə bilməməyim ölkənin gündəminə gəldi və cəmiyətin əksər hissəsi qanun məcəlləsinin vərəqlərini əllərində əsdirərək üstümə hücum çəkdilər. Ömrü boyu qanunlarımızı tapdalayanların hamısı məni görən kimi qanunsevər oldu. "Canı çıxsın, qoy, gedib daş daşısın!" dedilər.

On minlərlə milyonçu vətəndaşı olan bir ölkədə "o, bizim yazıçımızdı, şairimizdi, ziyalımızdı, biz ona mənən borcluyuq, ona görə onun maddi borclarını mən ödəyərəm" - deyən bir imkanlımız, zənginimiz, mənəviyat adamımız ortaya çıxmadı. İndiyə qədər məndən övladlarımı hansı vəsaitlə böyütdüyümü heç kim soruşmayıb. Ancaq 18 yaşı tamam olan kimi oğlumu əlimizdən alıb ön cəbhəyə göndərdilər”.

M. Köhnəqala deyib ki, o hazırda seytnot vəziyyətdəyəm: "Heyif ki, himayəmdə körpə uşaq var, yoxsa, belə cəmiyətdə yaşamaqdansa, gedib kirimişcə "srok"umu çəkərdim. Gənc yazıçı dostumuz Kəramət Böyükçöl qapı-qapı düşüb məni bu vəziyətdən qurtarmaq üçün pul dilənir. Yardım edənlərin isə əksəryyəti "it aparanı olsun!" deyib əlini cibinə salır.

Mənə gəldikdə isə burdan bəyan edirəm: Qətiyyən özümdə günah görmürəm! Qoy, yazıçısını bu vəziyətə salan quruluş, cəmiyət utansın!”. (Bakupost)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar