Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Məni görəndə Yaşar Nuri deyib ki, bunu hardan tapıb gətirmisiniz"

Xalq artisti Naibə Allahverdiyeva "Evinizin qonağı" proqramına qonaq olub.

Aktrisa son vaxtlar serial və filmlərdə rol almamasından danışıb.

N.Allahverdiyeva bildirib ki, onu ssenari qane etmir:

"Aktyorluq asılı sənətdir. Gərək səni dəvət edələr. Mən elə aktrisayam ki, kaprizliyəm. Dəvət alanda ilk əvvəl ssenarist və rejissorla danışıram. Gərək zəngin xarakter ola. Artıq o yaşımdır, seçim edirəm. Əvvəl elə rejissorlarla işləmişəm ki, seçim edə bilmirdim. Bu cür rejissorlar dəvət edirdi və şansım idi".

Aktrisa "Yarımştat" tamaşasındakı məşhur "Tomka" obrazından danışıb:

"Sözügedən tamaşa axşam yayımlandı, səhər məşhurlaşdım. Şərif Qurbanəliyev tələbə yoldaşım idi. Yarımştat tamaşaçı çəkiləndə zəng etdi ki, kiçik obraz var. Dedim, o qədər tamaşa çəkirsən, mənə balaca obraz verirsən. Qayıtdı ki, özünü təsdiq et bu obrazla. Bilirsən, Telman Adıgözəlov, Yaşar Nuri, Afaq Bəşirqızı, Arif Quliyevlə çəkiləcəksən. Özümü pis hiss etdim ki, onların qarşısında nə edəcəm? Getdim, qızardım, utanıram danışa bilmirəm, tər tökürəm. Məşqdən sonra Yaşar Nuri deyib ki, bunu hardan tapıb gətirmisiniz, danışa bilmir. Şərif deyib, utanır. Qayıtdı ki, o cür rollar oynamısan, sənə nə oldu. Dedi, get çalış. Səhərə kimi yatmadım, ağladım. Özümə dedim ki, elə oynamalısan ki.. Gecə-gündüz 1 ay çalışdım, 10 dəqiqəlik rolum var idi. Ramiz Mirzəyev oynayandan sonra mənə dedi "bravo"".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar