Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Mən onlar kimi biabırçı işlərlə məşğul olmadım" - Eldar Sabiroğlu

Azərbaycan Rusiya münasibətlərinin gərgin həddə çatdırılmamasının tərəfdarlarından biri də mən olmuşam. Baxmayaraq ki, müstəqilliyimizə müdaxilə edərək ölkəmizin suveren hüquqlarına sülhməramlı adı altında öz ordusunu yeritdi, lakin yenə də bu dövlətlə yumşaq davranmağa, ehtiyatlı rəftara öz yazılarımda, İnternet TV-rə müsahibələrimdə önə çəkmişəm.

Qeyd edim ki, qarşılığında çox kəskin rəylərlə, hətta ağır təhqirlərlə rastlaşmışam. Əslində bu ictimai dözümsüzlüyün və səbrsizliyin bətnindəki səbəbləri və bunların cəmiyyətdə qınaq yaratma detallarını gözəl başa düşürəm. Ancaq elə başa düşülməsin ki, Rusiya üçün sinov gedirəm. Əsla belə deyil. Əgər 44 günlük müharibədən əvvəlki tarixlərə nəzər yetirsəniz, 200 illik dövrü əhatə edən qanlı hadisələri Rusiyanın timsalında dəfələrlə qələmə aldığımın şahidi olacaqsınız. Bəşər tarixində Rusiya qədər müstəbid və istilaçı bir dövlət olmayıb. Onun ermənipərəstliyini isə xüsusi araşdırmağa ehtiyac duymuram. Bugünkü marionet Ermənistanı Azərbaycan torpaqları üzərində quran və erməni faşizminə bütün dönəmlərdə dəstəyini əsirgəməyən məhz Rusiya dövləti olub. Ona ŞİMAL AYISI adını təsadüfi verməyiblər. Bu növ ayı yalnız şimal qütbündə olur, yırtıcılığına və parçalayıcı xüsusiyyətlərinə görə meşə ayılarından tamamilə fərqlənir. Meşədəki ayıları əhliləşdirmək mümkündür. Lakin onunla dostlaşmağı təsəvvür belə etməyin... Ona inanmaq sənin məhvin deməkdir. 5 dəqiqə ərzində parça-tikə edib atar bir kənara.

Rusiyanın təhlükəli və etibarsız dövlət olduğu barədə qənaətlərim təkcə tarixi mənbələr və hadisələr hesabına formalaşmayıb. Yeddi il ərzində Azərbaycan Müdafiə Nazirliyində xidmət rəisi işlədiyim zamanlarda Rusiyanın elə fitnəkar və ölkəmizin əleyhinə yönəlik elə məkirli və nifrətedici siyasi fəaliyyəti ilə tanış olmaq “xoşbəxtliyi” mənə nəsib olub ki, indinin özündə belə onun təsirlərindən ayrılmağa çətinlik çəkirəm. İndiyəcən konfiliktin Minsk Qrupu çərçivəsində həllinə maneçilik törədən Fransa və ABŞ faktorundan daha çox Rusiyanın birtərəfli qaydada işğalçı Ermənistanın müdafiəsinə bağlı olub. Minsk Qrupunda koordinatlıq funksiyası damarlarında erməni qanı gəzdirən Sergey Lavrova həvalə edili. Yadınızdadırmı, azərbaycanlı jurnalistin Lavrova verdiyi suala görə başına hansı oyunlar açıldı?! S.Lavrovdan betər Rusiyadakı səfirimiz Polad Bülbüloğlunun haray-həşir aləmı bir-birinə vurdu. Jurnalist Anar Əliyevin haqlı sualının Rusiya xarici işlər nazirini çıxılmaz vəziyyətə salması Bülbüloğlunu cin atına mindirmişdi. Nəhayət, erməni Lavrova ikinci dəstəyi nümayiş etdirən növbəti siyasi fahişə zühur etdi. Özü həddə nadürüstü ölkə görməyb. Bir zamanlar mühacirət həyatı yaşayanlara ironik münasibət göstərən, “yeməkxana siçanı” kimi məşhur ayama ilə “mükafatlandırdığım, satqın, şərəf və ləyaqətini itirən Əli Həsənov kimi yaramazlara hakimiyyətdə yer verilməsi cəmiyyətdə ictimai-siyasi münasibətlərin normal məcrada inkişafına əngəl oldu. Jurnalistlərin haqqına girən, onlara çatacaq mənzilləri pulla satan Əli Həsənov, Ramiz Mehdiyev kimi 5-ci kalonun təmsilçilərinin siyasi mövqelər qazanmaları Rusiyanın ölkəmizdəki sütutnlarını daha da möhkəmləndirdi. Baxın, adamın ürəyi nə üçün qovrulur, nəyə görə dozməyib vaxtından əvvəl partlayır?! Dönüklərin, ümumiyyətlə, çıxdaş edildiyi vaxt, zaman çoxdan keçib. Dövlət bundan sonra daha nəyi gözləyir?! Bəlkə yerimizdən heç qalxmayıb seyr edək və görək hansı anda şeytan boğazımızdan yapışaraq nəfəsimizi kəsəcəkdir?! Çünki alışmışıq bu cür həyata, rəzilcəsinə yerdə sürünməyə. Ona görə də erməni saxlayan Ramiz Mehdiyevlər, mənəviyyatsız Əli Həsənovlar nə qədər ki, aramızdadır işlərimiz gətirməyəcəkdir. Bu sozləri inanın Allahın birliyinə, onlardan zəndeyi- zəhləm getdiyinə görə dilə gətirmirəm. Bu adamlar Azərbaycana düşməndirlər, Rusiyanın ölkəmizdə yerləşdirdiyi agenturanın inanılmış adamlarıdırlar. Bəs onların başlarına nə vaxtadək sığal çəkməkdən Azərbaycan hökuməti imtina edəcəkdir!?

Xalqımızı narahat edən də məhz bu ermənipərəstlərə səbəbsiz güzəştlərə getməyimizlə sıx əlaqədardır. Əvəzində nələrin şahidi oluruq?! Rusiyanın nömrə 1 agenti Ramiz Mehdiyev AMEA-nın prezidenti təyin olunur. Dəfələrlə bildirmişəm, təkrar etməyə yenə lüzum görürəm. Fəlsəfənin beş qanunu barədə əgər kitabın üzünü açmadan fikirlərini sərbəst surətdə söyləyə bilərsə, adımı dəyişirəm. Lakin akademik biliyi olmayan bu mahir araqarışdıranın döşünə layiq olmadığı halda dahi şəxsiyyətin adını daşıyan “HEYDƏR ƏLİYEV” ordenini taxıb Elmlər Akademiyasına yola saldıq. Mənim isə məhkəmələr haqqıma girərək pensiyamın kəsir hissəsinin ödənilməsinin qarşısına 30 il işğal həyatı sürən Kəlbəcər qayalıqlarını itələdilər. Bu necə ola bilir, hörmətli prezident?! Mən xain olmadım. Nə Rusiyaya, nə də başqa dövlətə calışmadım. Lakin sifətini itirmiş, Ramiz Mehdiyevin diktəsi ilə məni hərbi sirləri Ermənistana satmaqda ittiham edən Siyavuş Novruzov kimisi barədə MTN-nə, Baş Prokurluğa müraciət edərək onları ittihamın araşdırılmasına çağırdım. Hər iki yüksək hüquq orqanı ağzımdan vurdu və mənə bidirdilər ki, onun hara bağlı olduğundan xəbərsizsinizmi?! Mən onlar kimi Moskvadan ordenlər almadım. Ləyaqət və şərəfimi itirib, KREMLİN işverəni Vəzrova xidmət etmədim. Gecələr müxalifətçilik, gündüzlər iqtidarçılıq kimi biabırçı işlərlə məşğul olmadım. Ancaq Ramiz Mehdiyevin, Əli Həsənov və bir fövqəladə şəxsin uydurmalarına tuş gələrək həyatım zülmətə qarışdı. Bu gün dövlətə qarşı təhlükələrin mənbəyi, hakimiyyətin xalqın gözündən salınması üçün əleyhimizə aparılan antitəblığatın kökləri də məhz Rusiyadan gəlir.

Müharibədən əvvəl və sonra üzərimizə yeriyən Rusiya dövlətinin himayəsində olan televiziyalar və digər media qurumlarının arası kəsilmədən erməni faşizmini müdafiə etməsi bütün gerçəklikləri ortaya qoyur. Dünən “Rossiya 1” telekanalında Xankəndində təzə açılmış rus məktəbi haqda geniş müzakirələrə baxdım.Məktəbin qarşısında Rusiyanın, Ermənistanın və qondarma qurumun bayraqlarının asıldığını görmək çox ağrılı idi. Rusiyanın gizlətdiyi sifətin getdikcə daha parlaq şəkildə özünü göstərəcəyinə şübhəniz olmasın!!!

Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar