Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Mən heç nə bilmirəm, AFFA bilir" - Meza Kolli

"Keşlə"nin futbolçusu Sezar Meza Kolli Azərbaycan Premyer Liqasının 18-ci turunda "Zirə"yə 4:0 hesabı ilə qalib gəldikləri matçdan sonra iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb...

Meza Kolli matçla bağlı fikirlərini bölüşüb.

- Çətin oyun idi. 1 həftə ərzində yaxşı məşq etdik. Əlimizdən gələni etdik.

- "Zirə" keçən tur "Qarabağ"a 0:6 hesabı ilə uduzmuşdu. Hiss olunurdu ki, psixoloji olaraq özlərində deyillər?

- Onların hansı formada olduğu bizim üçün maraqlı deyildi. Çünki biz öz oyunumuza diqqət edirik. Əsas odur, qalib gəldik.

- Azərbaycan milli komandasından necə təklif gəldi? Özünüz müraciət etdiniz, yoxsa federasiyadan təklif etdilər?

- Hələ heç nə baş verməyib. Baxacağıq. Mən indi yalnız "Keşlə"də məşq edirəm.

- Azərbaycan pasportu almamısınız?

- Xeyr, hələ heç nə yoxdur. Mən Azərbaycanda çox xoşbəxtəm. Məsələnin necə bitəcəyini hələ bilmirəm.

- Bəs, bu məsələ nə vaxt konkretləşəcək.

- Mən bu barədə heç nə bilmirəm. Yalnız AFFA bilir.

- Özünüzün Azərbaycan millisində çıxış etmək üçün istəyiniz varmı?

- Mənimçün şərəf olardı. Çünki uzun müddətdir buradayam. Azərbaycanda özümü yaxşı hiss edirəm.

- Azərbaycan yığması o qədər də güclü deyil. Özünüzü bu millidə təsəvvür edirsinizmi, köməyiniz dəyə bilərmi?

Əlimdən gələnin ən yaxşısını edərəm. Millinin yeni baş məşqçisi təyin olunsun, o, daha yaxşı biləcək. Oynayıb-oynamayacağıma kim qərar verəcək, bunu deyə bilmərəm. Mən hazırda ancaq məşqlərimi edirəm. (Qol.az)

pia.az


Etiket: Meza Kolli


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar