Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Mehriban Əliyevaya verilən bu mükafata yüksək vəzifəli dövlət xadimləri layiq görülür"

"Vatikanda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ali Papa mükafatının təqdim edilməsini Azərbaycan multikulturalizminin qələbəsinin tanınması hesab edirəm"...

PİA.az-ın xəbərinə görə, bunu Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Dövlət Dumasının deputatı Dmitri Savelyev deyib.

O bildirib ki, Papa cəngavər ordeninin böyük xaçına yalnız dövlət başçıları və yüksək vəzifəli dövlət xadimləri layiq görülür:

“Görüş zamanı Papa Fransisk vurğulayib ki, Azərbaycan həqiqi tolerantlıq nümunəsidir, çünki dövlət uzun müddətdir ki, dünyaya multikulturalizm dəyərləri ixrac edir. Ölkədə çoxsaylı etnos, məzhəb və mədəniyyət nümayəndələrinin birgəyaşayışı və inkişafı üçün bütün şərait yaradılıb. Heydər Əliyev Fondunun reallaşdırdığı “Tolerantlığın ünvanı – Azərbaycan” qlobal layihəsi isə məbədlərin və dini abidələrin təmiri və bərpasına yönəlib”.

D.Savelyevin sözlərinə görə, bu, təkcə İslam abidələrinə aid deyil:

“2007-ci ildə layihə çərçivəsində Bakıda pravoslav kilsəsinin restavrasiyası işləri aparılıb, 2009-cu ildə Fond Strasburq kafedral kilsəsinin vitrajlarının bərpasını maliyyələşdirib, 2013-cü ildə isə Fondun vəsaitləri hesabına Həştərxanda Müqəddəs Vladimir məbədi qarşısındakı meydanda knyaz Vladimirin heykəli ucaldılıb”.

Rusiyalı deputat əlavə edib ki, humanizm və ümumbəşəri dəyərlərə söykənən multikulturalizm Azərbaycanın tarixi sərvətidir:

“Katolik kilsəsinin Mehriban Əliyevanı ən ali mükafatla təltif edərkən müsəlman respublikasında tolerantlığın zəfərini qəbul etməsi növbəti dəfə təsdiq edir ki, müxtəlif mədəniyyətlərin mənəvi dəyərlərinin qorunması, qarşılıqlı anlaşma və dözümlülük hər zaman xalqlar arasında razılıq və etimadın genişlənməsinin yeganə doğru yolu olacaq”. (Pravda.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar