Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məhkum Babək Həsənovla bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil

Penitensiar Xidmətdən məsələyə aydınlıq gətirilib

“Bəzi sosial şəbəkələrdə 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhkum Babək Həsənova işgəncə verilməsi, yaxud onun cərimə təcridxanasında saxlanılması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil”.

Bunu “Report”a açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib.

O xatırladıb ki, qüvvədə olan qanunvericiliyə əsasən, B.Həsənov barəsində çıxarılan hökm qanuni qüvvəyə mindikdən sonra, o, istintaq təcridxanasından 6 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.

Xidmət rəsmisi qeyd edib ki, mövcud qanunvericiliyə uyğun olaraq, hər bir məhkum cəzaçəkmə müəssisəsinə daxil olduqda, o, 14 günə qədər karantində saxlanılmalıdır: “Bu müddət ərzində həmin məhkuma daxili intizam qaydalarının tələbləri, onun hüquq və vəzifələri izah olunur. Həmçinin onunla ayrılmış psixoloqlar və tərbiyəçilər söhbət edirlər. Babək Həsənov da 3 gündür cəzaçəkmə müəssisəsinə daxil olub və karantində saxlanılır. Yəni, B.Həsənov cərimə təcridxanasında deyil. Ona qarşı hər hansı qanunazidd hərəkətlərə yol verilməyib. Məhkumun karantin müddəti başa çatdıqdan sonra qanunvericiliyə uyğun qaydada cəzaçəkmə müəssisəsində müvafiq yerlə təmin olunacaq”. 

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar