Bazar, 08 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

"Məhkəmə-Hüquq Şurası necə vəzifədən uzaqlaşdıra bilər?"

“Məhkəmə süründürməçiliyi məhkəmə prosesində işlərin uzadılmasıdır”...

Bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev bildirib.

Q. Həsənquliyev deyib ki, hakimlərin tam müstəqilliyinə nail olmaq lazımdır: “Hazırda Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apelyasiya Məhkəməsinin hakimləri parlamentin razılığı ilə Prezident tərəfindən təyin edilir. Prezidentin qərarı ilə hakimliyə təyin olunan şəxsləri Məhkəmə-Hüquq Şurası necə vəzifədən uzaqlaşdıra bilər? Hazırda Məhkəmə-Hüquq Şurası tərəfindən hakimləri intizamsızlığa görə işdən çıxarmaq daha asandır, nəinki cinayət törətdikdə. Hakiimlər ya 70 yaşına qədər, ya da ömürlük təyin olunmalıdır”.

Millət vəkili qeyd edib ki, hakimlərin iqtisadi müstəqilliyi məsələsinə də yenidən baxılmalıdır: “Əgər hakimin evi yoxdusa, evlə təmin olunmalı, xidməti avtomobil verilməlidir. Hakimlərə ən azı 10 min manat maaş verilməlidir”.

Millət vəkili özəl ekspertizaların cinayət işlərində tətbiq olunmamasını da düzgün saymayıb/APA.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


loading...

Ən çox oxunanalar