Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Mediada kifayət qədər İranpərəst qüvvələr var"

"Onların fəaliyyəti araşdırılmalıdır"...

PİA.az Beynəlxalq əlaqələr üzrə mütəxəssis, politoloq Nəzakət Məmmədovanın "Demokrat.az" xəbər portalına müsahibəsini təqdim edir:

— Son günlər iranlı general Qasım Süleymaninin ölümü ilə bağlı Azərbaycandakı radikal şiə tərəfdarlarının xüsusi fəallıq göstərməsinin Azərbaycan cəmiyyətinə hansı mənfi təsirləri ola bilər?


— Radikal şiə tərəfdarlarının canfəşanlığı cəmiyyətdə təfriqə yaradır, cəmiyyətin ideoloji birliyinin sarsılmasına, əhali arasında qarşıdurmaya aparır və təhlükəsizliyə burbaşa təhdiddir. Radikal şiə tərəfdarı olan vətəndaşların əksəriyyəti burada yaşasalar da, sənəddə Azərbaycan vətəndaşı olduqları qeyd olunsa da, onlar özlərini İran dövlətinin əsgəri kimi aparırlar. Əmin ola bilərsiniz ki, sabah Azərbaycanİran arasında qarşıdurma olacağı halda onlar bir göz qırpımında heç tərəddüd etmədən İranın tərəfini tutaraq, onun maraqlarına xidmət edəcək, Arazın o tayındakı Ayətullahlardan gələn fətvalara "bəçeşm" deyəcəklər. Arazın bu tayında da onların rezidentlərinin olması istisna edilmir. İran lap çoxdan Azərbaycan ərazisində öz agentura şəbəkəsini qurub. Bu, həm ABŞ, İsrail və digər dövlətlərə qarşı Azərbaycan ərazisində kəşfiyyat müharibəsi aparmaq, eyni zamanda Azərbaycanda öz maraqlarını həyata keçirmək üçündür. Bu sahədə Azərbaycan xüsusi xidmət orqanlarının fəaliyyətini səmərəsiz hesab edirəm. Onların fəaliyyəti qənaətbəxş olsaydı, İran bu qədər at oynatmazdı. Gəncə hadisələri də göstərdi ki, Sepah burada əməlli-başlı şəbəkə qurub və ölkəmiz əleyhinə fəaliyyətlə məşğul olub. Bəs xüsusi xidmət orqanları niyə vaxtında bu şəbəkələri aşkar edə bilməyib?! Son Süleymani hadisəsi də göstərdi ki, Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyəti hansı səviyyədədir. İran tərəfdarları sosial şəbəkələrdə qorxmadan, çəkinmədən dövlətimizə, onun rəhbərinə iftira atmaqla məşğuldur. Həmin hadisə həyəcan siqnalı idi.

— Bu baxımdan ötən il DTX tərəfindən həbs olunan və Azərbaycan dövlətinə xəyanətdə ittiham edilən "xeberman.com" və "press-az.com" informasiya saytlarının təsisçisi və baş redaktoru Polad Aslanovun fəaliyyəti barədə sizin də fikirləriniz bilmək maraqlı olardı...

— Polad Aslanovun işi barədə son zamanlar cəmiyyətə məlumat verilmir. İstintaq davam etdiyi üçün hər hansı bir fikir söyləməyə çətinlik çəkirəm. Lakin mən son Süleymani olayları zamanı bilavasitə özümə hücumlar zamanı da gördüm ki, təkcə sıravi İran tərəfdaşı olan vətəndaşlar deyil, mediada da kifayət qədər İranpərəst qüvvələr var. Onlar niyə İranın siyasətinə qarşıyam deyə, məni təhdid etmək cəsarətində də bulunmuşlar. Halbuki, mən politoloqam, siyasi təhlilçiyəm, hər hansı bir dövləti arqumentlər əsasında tənqid edə bilərəm. Media isə tərəfsiz olmalı, heç bir halda neytrallığını pozmamalıdır. Əgər öz ölkəsində oturub dövlətinin marağını deyil, başqa ölkənin marağına xidmət edirsə, bu, media deyil, başqa ölkənin kəşfiyyat maraqlarını həyata keçirən təsir agenti, yaxud örtük təşkilatıdır. Həmin media orqanlarının fəaliyyəti araşdırılmalıdır.

Qeyd etdiyim kimi, İranın, yaxud başqa ölkənin maraqlarına xidmət edən şəxslər, qruplar, şəbəkələr, mefia orqanları birbaşa milli təhlükəsizliyə təhdiddir. Onlardan bəziləri heç qulluq etdikləri dövlətə öz rəğbətini gizlətmir, bəziləri isə müəyyən hallarda özlərini büruzə verir. Artıq son prosesdə özüm üçün bu cür media orqanlarını müəyyən etdim, əlbəttə ki. Süleymani vaqiəsində heç sirr deyil ki, İranpərəst qüvvələrlə Qərbyönümlü, türkçü, millətçi qüvvələr üz-üzə gəldilər və bu, həm də mediada, sosial şəbəkələrdə təzahür etdi. Bu, acınacaqlı idi. Ölkədə ideoloji birlik yoxdur, bu, böyük təhlükədir. Prezident özü də çıxışlarında ideoloji sahədə boşluğun olduğunu qeyd etmişdi, son hadisələr də bunu təsdiqlədi. Hər bir toplumu birləşdirən, ayaqda tutan vahid ideologiyadır. Əgər o yoxdursa, deməli, dövlətin gələcəyi təhlükə altındadır. Başqa dövlətlər buraya öz əqidəsini yeridib, tərəfdar kütlə toplamağı bacarıb. Bəzi media orqanları burada milli maraqlardan çıxış edərək birləşdirici yox, tərəfdar kimi çıxış etdi. Bu da hazırda Azərbaycanın informasiya məkanındakı durumun nə qədər acınacaqlı olduğunu göstərdi. Bəzi mətbuat orqanları hətta utanmadan İran tərəfinin arqumentlərini tirajladılar. İranpərəstlər uduzduqca, yeni-yeni uydurma, əsassız arqumentləri ortaya atdılar. Bu saxta məlumatları yayan, onlara dəstək olan media orqanlarına və adını jurnalist, sayt rəhbəri qoyanlara nə ad vermək olarsa, onu oxucuların ixtiyarına buraxıram!

— Bu cür qüvvələrə qarşı hansı addımların atılmasına tərəfdarsınız?

— DTX və Xarici Kəşfiyyat Xidməti öz işini səmərəli qurmalıdır. Peşəkar heyət cəlb etməli, ölkəmizin maraqlarına uyğun strategiya əsasında istər sosial şəbəkələrdə, istər real həyatda iş aparılmalıdır. Daha proseslər iğtişaş həddinə gəlib-çatmamalı, günahsız insanlar öldürülüb, həbsə atılmalı deyillər. Bu, başqa bir normal, demokratik ölkədə baş versəydi həmin qurumların rəhbərləri dərhal istefaya gedərdi. Bizdə isə günü-gündən generallar çoxalır, rütbələri artırılır. Şəxsi heyət istisnasız olaraq peşəkarlardan ibarət olmalıdır. Xidmətə qəbul zamanı mənfi hallar aradan qaldırılmalıdır. Yalnız vətənpərvər, peşəkar şəxsi heyətlə başqa ölkələrin təsirinə qarşı mübarizə aparmaq olar. Eyni zamanda dövlətin ideoloji siyasəti yenidən gözdən keçirilməli, konsepsiya hazırlanmalı, bu sahədə iş gücləndirilməlidir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar