Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"MDB" nə deməkdir? - Azərbaycanda əhaliyə necə təqdim olunur?

Bu yaxınlarda Rusiyanın Sankt-Peterburq şəhərində «Müstəqil Dövlətlər Birliyi» adı altında bizlərə təqdim olunan beynəlxalq təşkilatın qeyri-rəsmi sammiti keçirilib…

Görüşdə xeyli maraqlı məqamların yaşandığı bildirilir, amma bu barədə bir qədər sonra. Əvvəlcə başlayaq, təşkilatın adından. Rus dilində onun adı belədir: «Sodrujestvo nezavisimıx qosudarstv (SNQ)». Ancaq nədənsə, lap başlanğıcdan, bu abreviaturu dilimizə «Müstəqil Dövlətlər Birliyi (MDB)» kimi tərcümə edərək, onu adını mahiyyətindən məqsədli şəkildə uzaqlaşdırıblar!

Məsələ burasındadır ki, bu abreviaturdakı «sodrujestvo» kəlməsi «dostluq» mənasına gəlir. Elə tərcümə etsək abreviaturun mənası əməlli-başlı dəyişər – məsələn, «Müstəqil dövlətlərin dostluq birliyi» mənasına gələr. Fəqət, belə ad digər üzvləri demirəm, Azərbaycanı qane edə bilməz. Nədən ki, bizimlə düşmən mövqedə (müharibə şəraitində) olan Ermənistan da bu qurumun üzvüdür. Belədə, «SNQ» bizim üçün «sodrujestvo» (dostluq birliyi) ola bilməz. Olması üçün gərəkdir ki, ya erməniləri üzvlükdən çıxartsınlar, ya təşkilatın adından «sodrujestvo» kəlməsini silsinlər, ya da Azərbaycan bu təşkilata yaxın durmasın! Nə yazıq ki, heç biri olmadı, sadəcə, Azərbaycanı «sığallayıb» düşmənlə «dost etdilər»!

Sonuncu sammit bir daha göstərdi ki, Azərbaycanın sığallanması hələ də davam edir. Məsələn, sammitdən çəkilmiş fotolardan görünür ki, iclas salonunda Azərbayan bayrağı ilə Ermənistan bayrağı «yanaşı» qoyulub. Bu fonda yayılan bir xəbərdə deyilir ki, Rusiya dost Ermənistana qəşəng bir «Su» markalı qırıcı təyyarə bağışlayıb. Ona görə «bağışlayıb» yazıram ki, bu təyyarəni almağa Ermənistanın sadəcə, pulu yoxdur!

Bəs, pulu olmayana Rusiya bunca bahalı təyyarəni hansı məqsədlə bağışlayır və ya ermənilər təyyarəni hansı məqsədlə «əldə edirlər»? Cavab sadədir – «dost» Azərbaycanı bombalamaq üçün! Belədə, Azərbaycan dövlətinin «SNQ» sammitində Ermənistanla yanaşı təmsil olunmasını necə izah etmək olar? (Azpolitika)

pia.az


Etiket: MDB

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar