Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Mançester Yunayted" final fitindən sonra penalti qazanıb

Futbol üzrə İngiltərə Premyer Liqasında III tura start verilib.

"Report" xəbər verir ki, turun açılış matçında "Mançester Yunayted" səfərdə "Brayton"la üz-üzə gəlib. Qarşılaşma "Mançester Yunayted"in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesab 40-cı dəqiqədə açılıb. Meydan sahiblərinin heyətində Nil Mope penaltini dəqiq yerinə yetirib. 43-cü dəqiqədə Lyuis Dank avtoqol müəllifi olub və hesab bərabərləşib.

55-ci dəqiqədə Markus Reşford komandası önə çıxarıb. 90+5-ci dəqiqədə isə Solomon Març bərabərlik qolunu vurub.

Bu da oyunda son qol olmayıb. "Mançester Yunayted"in hücumunda top Nil Mopenin əlinə dəyib. Baş hakim matçın başa çatdığını bildirsə də, sonda VAR-a (Video Köməkçi Hakim) baxmağa qərar verib və meydan sahiblərinin qapısına penalti təyin edib. Topa yaxınlaşan Brunu Fernandeş komandasına qələbə qazandıra qola imza atıb.

Qeyd edək ki, "Mançester Yunayted"in birinci turdakı matçı təxirə salınmışdı, komanda ikinci turda "Kristal Pelas"a 1:3 hesabı ilə uduzub.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar