Şənbə, 22 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

"Lifttəmir"in eks məmuru yeyintidə günahlandırılır -Cinayət işi

"Lifttəmir" İstehsalat Birliyində (İB) olan yeyinti faktları ilə bağlı daha bir vəzifəli şəxsə cinayət işi başlanıb...

PİA.az APA-ya istinadən xəbər verir ki, İstehsalat Birliyində aparılan yoxlamalar zamanı həmin müəssisədə müxtəlif vəzifələrdə çalışmış Hüseynov Əhməd Nəsrəddin oğlunun külli miqdarda vəsaiti mənimsədiyini ortaya çıxıb.

Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Ə. Hüseynov barəsində aparılan cinayət işinin ibtidai istintaqı başa çatıb. Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib.

Qeyd edək ki, bundan əvvəl də “Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi olmuş Ruslan Dilanov barəsində cinayət işi məhkəməyə göndərilmişdi. Hazırda onun barəsində olan cinayət işinə məhkəmədə baxılır.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: məmur

Şərh yazın.


loading...

Ən çox oxunanalar