Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Lavrov kimdir ki?!" - Paşinyan arvadının rəfiqəsini səfir edir

İkinci Qarabağ Savaşının başlanmasına iki ay qalmış o, "Azərbaycan Ermənistana qarşı yeni hərbi əməliyyatlara başlarsa, Türkiyə əsla Azərbaycana dəstək verməyəcək, Bakıya qoşulmayacaq" deyirdi.

O, "Rusiya belə müharibəyə imkan verməz, savaş başlayarsa, Qarabağa qoşun yeridərək bizim tərəfimizdə vuruşar" söyləyirdi.

Bu sözləri deyən Ermənistanda iqtidarda olan "Mənim Addımım" Partiyasının nominal, de-yure "rəhbəri", partiyanın parlament fraksiyasının sədri Lilit Makuns idi.

37 yaşlı Makuns "Vətəndaş Anlaşması" blokunun əsas funksionerlərindən sayılırdı.

Lakin onun əsas işi Ermənistanın baş naziri Nikol Paşinyana ingilis dilini öyrətməsi idi.

Makuns, gerçəkdən də, Paşinyanın repetitoru idi.

İndisə Paşinyan onu Ermənistanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri təyin etmək istəyir.

Diplomatiyadan əsla xəbəri olmayan Lilit Makuns kimdir?

2014-cü ildə o, filologiya elmləri üzrə fəlsfə doktoru dərəcəsi alıb, 2015-ci ildə isə Taft Universitetində Fletçer Yay Məktəbi çərçivəsində sertifikasiyalı yay kursuna qatılıb. 2005-ci ildən bəri İrəvandakı Rusiya-Amerika Universitetində dərs deyir.

2016-cı ildə ABŞ-ın "Sülh Korpusu"nda müqavilə əsasında işləməyə başlayıb, 2018-ci ilin fevralında Rusiya-Amerika Universitetinin beynəlxalq əməkdaşlıq departamentinə rəhbər təyin edilib.

İrəvandakı "inqilab"dan və Nikol Paşinyanın baş nazir olmasından sonra mədəniyyət naziri təyin edilib. 2019-cu ildə nazir postundan kənarlaşdırılan L.Makunsu baş nazir N.Paşinyan "Mənim Addımım"ın parlament fraksiyasına rəhbər təyin edib.

Fletçer kursuna gəldikdə isə - cəmi 5 gün davam etmiş həmin kurs ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin tam kontrolundadır və "Qeyri-zorakı müqavimət" adlanır. Təşkilatın saytına baxsaq, 2006-2016-cı illərdə kursa qatılanlara "mövcud hakimiyyətə qeyri-zorakı müqavimət"in yollarını öyrədiblər.

Həmin prinsipin, daha doğrusu nəzəriyyənin müəllifi isə "rəngli inqilablar" metodologiyasının nəzəriyyəçilərindən sayılan Cin Şarpdır.

Təyinatla bağlı maraqlı məqamlar var.

Nikol Paşinyanın hələ də qeyri-qanuni nikahda yaşadığı xanımı Anna Hakopyanın bu təyinatın "təşəbbüskar"ı olduğu vurğulanır.

L.Makuns 8 ildir ki, A.Hakopyanın ən yaxın rəfiqələrindən biridir və N.Paşinyanın xanımı da İrəvanda hakimiyyət əleyhinə etirazların fasiləsiz artdığı, Paşinyanın istefa ehtimalının gücləndiyi bir dönəmdə "ailə sirlərinin daşıyıcısı" sayılan rəfiqəsini Ermənistandan kənarlaşdırmaq qərarına gəlib.

Vladimir Karapetyana gəldikdə isə o, Nikol Paşinyan məhkəmələrdən qaçıb gizləndiyi dövrlərdə bu icevanlı jurnalistə sığınacaq vermiş, onu gizlətmişdi.

Birləşmiş Ştatlara nə qədər sayğı bəsləməmək, Vaşinqtona nə qədər saymazyana yanaşmaq gərəkdir ki, L. Makuns təki geosiyasətdən və ABŞ-Ermənistan münasibətlərindən bixəbər birisi Potomak sahillərinə səfir göndərilsin.

Vladimir Karapetyanın Ukraynaya, Lilit Makunsun isə ABŞ-a səfir təyinatının hazırlanmasını ekspertlər birmənalı olaraq Ermənistanın xarici siyasətinin növbəti uğursuzluğu, diplomatiyasının isə faktiki kollapsı hesab edirlər.

Makunsla Karapetyan, təbii ki, Corc Sorosun Ermənistandakı fondlarının və qurumlarının kreaturaları, yetirmələridir. Lakin diplomatiya sahəsində əsla təcrübəsi olmayan bu iki "soroscuğun" Kiyevlə Vaşinqtonda necə fəaliyyət göstərəcəkləri bəlli deyil.

Ermənistan mediasında yer alan xəbərlərə görə, ölkənin XİN başçısı Ara Ayvazyan bu təyinatlara qətiyyətlə etiraz edib, Karapetyanla Makunsun namizədliklərinin Moskvada çox pis qəbul ediləcəyini deyib.

Nikol Paşinyan sinirlənib, "Lavrov kimdir ki, adamlarımın təyinatını onunla razılaşdırım? Kimi hara təyin edəcəyimə mən qərar verirəm, Kreml yox".

Ermənistan XİN-dəki mövcud qaydalara görə, yeni səfir təyinatlarını XİN başçısı baş nazirə yazılı təqdim etməli, "bu şəxslərin fövqəladə və səlahiyyətli səfir vəzifəsində çalışmalarını məqbul sayıram" yazmalıdır.

Lakin A.Ayvazyanın N.Paşinyana yolladığı təqdimatda yazıdıb: "Baş nazirin şifahi göstərişinə uyğun olaraq, adları çəkilən şəxslərin fövqəladə və səlahiyyətli səfir vəzifələrinə təyinatlarını məqbul sayıram".

Yəni Ermənistanın XİN başçısı faktiki olaraq təyinatlarla bağlı məsuliyyəti boynundan atıb.

Əslində, təəccüblənməli heç nə yoxdur.

İrəvanda gecə klubunun sahibi və keçmiş DJ Ermənistan Polisinin rəis müavini təyin edilirsə, baş nazirin arvadı müharibə günlərində Qarabağa yollanıb bunkerdə erməni generallara "hərbi əməliyyatlar planı" ilə bağlı göstəriş verirsə, baş nazir Nikol Paşinyanın ciddi kadr, İrəvandakı hakimiyyətinsə ekzistensial problemlər yaşadığı bəlli olur.(milli.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar