Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Laçına ailəlikcə sonuncu gedişimiz zamanı 5-cı sinifdə oxuyurdum..."

Laçın deyəndə orta məktəb illərimin yay tətilləri yadıma düşür. Hər il yay tətillərini Laçına gedirdik. Laçının lalə yamaclı yaylaqları indinin özündə də gözümün qabağındadır. Çox sevirəm Laçını. Məktəbin bitməsini necə səbirsizliklə gözlədiyimi xatırlayıram. Tələsirdim ki, yay fəsli tez gəlsin, gedək o gözəllikləri görək…

Laçına ailəlikcə sonuncu gedişimiz zamanı 5-cı sinifdə oxuyurdum. 1990-cı ilin may ayının sonu idi, söz vaxtına çəkər. Rayona gedib çatana qədər keçdiyimiz dolama yollar gözümün önündən getmir. Gündüzləri günəşli, axşamları sərin keçən Laçınım.

Yadımdadır ki, hər axşam saat 22-00-dan sonra atəş səsləri eşidilirdi. Nənəmlə babam eşidirdim ki, Dığdan, Gorusdan yenə atırlar deyirdilər. Heç kim dərk etmirdi nələr baş verir. Öyrəşmişdik atəş səslərinə, çox sakit qəbul edirdik. Gündüzlər hamı öz işində-gücündə olurdu, axşamlar eyni saatlarda yenə də atəş səsləri davam edirdi. Heç kəsin ağlına da gəlmirdi ki, o dıgalar atəş aça-aça gəlib çıxacaqlar Laçınımıza və həyasızcasına zəbt edəcəklər torpağımızı… Həmişə yuxularımda Laçına gedirəm. Bəlkə də yenidən o torpaqları qarış-qarış gəzəcəyim günləri o qədər arzuladığımdandır ki, yuxularımdan çıxmır… Mikayıl Müşfiqin dediyi kimi – “Yenə O bag olaydı”… Mən isə deyirəm, yenə torpaqlarımız azadlıqda olaydı, dolama yollarla gedib Laçına çıxardıq, nənəmin meyvə bağında o meyvələrdən dərib yeyərdim, qonşunun nəvələri ilə “yeddi şüşə”, “ortada qaldı” oynayaydım, babam məni o laləli yaylaqlara aparaydı… Gözəl yuxularım çin olaydı…

O qədər gözəl uşaqlıq xatirələrim var ki, yaddaşımda.

Məncə uşaqlığını Laçında keçirən hər kəs o yerlərə qayıdanda hansı yaşda olmasına baxmayaraq uşaqlaşacaq… Bizim Laçının torpaqları bərəkətlidir, havası şəfalıdır, ora gedəndə cavanlaşacaq, sağlıqlarına qovuşacaq laçınlılar.

Çox ümüd edirəm ki, o gözəl uşaqlıq xatirələrim çin olar və gül qoxulu torpaqları qoxlamaq mənə də nəsib olar. Ali Baş Komandanımızın bizə bu sevinci, bu qələbəni yaşatdı.

Tarixi qələbəmizə o qədər sevincliyəm, dünyanın xoşbəxt insanı hesab edirəm özümü. Ali baş Komandanımızın, ordumuzun, könüllülərimizin sayəsində 28 illik həsrətimizə son qoyuldu. Xəyal olan arzumuz gözləmədiyimiz vaxtda hasil oldu. Qürurumuz, özgüvənimiz, milli birliyimiz qayıtdı. Bütün azad edilən rayonlarımızın xəbərlərini böyük sevinclə, göz yaşıyla qarşıladım.

Dogma Laçınımı cox səbrsizliklə gözləyirəm.Yuxularım çin oldu, şükür bu günümüzə. Mən Bakıda böyümüşəm, yaşamışam. Amma gedib atamın, anamın torpağında yaşamaq, yaratmaq, xalqıma xidmət etmək istəyirəm. Laçının təhvil verilmə günü yaxınlaşdıqca, ürək döyüntülərim lap artır. Bu sevgini, sevinci təsvir etməyə sözlər, cümlələr azdır belə. Tezliklə o torpaqlara getmək istəyirəm. Həqiqətən Vətən sevgisi başqadır. Mən Laçına gedəndə atamın ruhu şad olacaq, bilirəm. Laçını qarış-qarış gəzmək istəyirəm, gözümün qabağındadır nənəmgilin evi, qohumlarımın evləri. Düzdür, mənfur ünsürlər evləri dağıdıblar, yandırırlar. Amma yenə də tanıyacam oraları. Sədr müavini olduğum MMP-nin Laçın şəhər təşkilatını yaratmağı düşünürəm. Gələcəkdə parlament seçkilərinə ikinci dəfə namizədliyimi doğma Laçınımdan verəcəm. Ən ağır sahədə belə Laçınıma yararlı olub, laçınlıların yanlarında olmaq istəyirəm. Bu xoşbəxtliyi bizə yaşadan Ali Baş Komandanımıza, Ordumuza eşq olsun. Cəngavər igidlərimiz bizə bu günləri yaşadır. Əziz Laçınlılarım gözümüz aydın!”

Müasir Müsavat Partiyasının funksioneri Könül Vaqifqızı

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar