Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Koronavirusla mübarizə apararaq cəbhədəki əsgərlərimizə dayaq olmalıyıq"- Fuad Nurullayev

Qafqaz Müsəlmanları İdarəsinin rəsmisi olaraq, istərdim ki, bir ağsaqqal, ruhani kimi koronavirusla bağlı tövsiyə verim. Biz tövsiyələrimizi Allahın, Quranın buyurduqları əsasında deyirik ki, əgər bir insan başqaları üçün təhlükə yaradırsa, bu, günaha səbəbdir”.

Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib. Onun sözlərinə görə, bu gün önəmli gündür, ölkəmiz Vətən müharibəsindədir, əsgərlərimiz torpaqların işğaldan azad edilməsi üçün çalışır:

“Hər birimiz, arxa cəbhədə olanlar da fəal, çevik olmalı, çətinliklərin aradan qaldırılması üçün əlimizdən gələni əsirgəməməliyik. Koronavirusla mübarizə apararaq cəbhədə olan əsgərlərimizə dayaq olmalıyıq. Bizdən tələb olunan budur ki, bir-birimizin sağlamlığını qoruyaq. İldə bir neçə dəfə həqiqi hərbi xidmətə çağırış olur. Əgər bu virus cəbhəyə də keçsə, nə qədər əsgərimizin, hərbçimizin xəstəliyinə gətirib çıxarar, bu isə böyük fəsad, çətinliyə səbəb olar. Ona görə də insanlara tövsiyəmiz budur ki, hər kəs tibbi maskalardan istifadə etsin. Payız aylarında həm də mövsümi xəstəliklər yayılır”.

QMİ sədrinin müavini deyib ki, hazırda dünyada pandemiyanın geniş yayıldığı dövrdür, biz də bundan kənara qala bilmirik:

“Bunun üçün həkimlərin dediyi tövsiyələri eşitməli, gigiyenik qaydalara ciddi riayət etməliyik. Məktəblər hələ ki, tətildədir, müəyyən yerlərdə yenə də toplaşmaq qadağası var. Məscidlərdə ibadət etmək təxirə salınıb. Bütün bunlar insanların sağlamlığı üçündür. Vətən müharibəsi getdiyi üçün şəhidlərimiz də olur. Şəhidlərimizin dəfnində çoxlu sayda insan iştirak edir, təbii ki, hamının qəlbi oradadır. İnsanlarımız özlərinə borc bilirlər ki, şəhidlərimizin dəfnində iştirak etsinlər. İnsanlara demək olmaz ki, dəfnə getmə, bu, heç cür mümkün deyil.

Ancaq hamının tibbi maskalardan istifadə etməsi, məsafə gözləməsi və həkimlərin dediyi tövsiyələrə əməl etməsi vacibdir. Əgər bu qaydalara riayət etsək, özümüzü, ətrafımızda olanları qoruyarıq. Bununla qələbəmiz üçün əlimizdən gələni əsirgəməmiş olarıq. İnşallah, tezliklə əsgərlərimiz, hərbçilərimiz qələbə bayrağını Xankəndində, Şuşada, Ağdamda, Laçında, Kəlbəcərdə və digər işğal altında rayonlarımızda, kəndlərimizdə, qəsəbələrimizdə sancacaqlar və biz də bunun üçün əlimizdən gələni etməliyik. Ali Baş Komandanın da dediyi kimi, Qarabağ Azərbaycandır!”.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar