Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Klublararası Avropa çempionatı mənə o qədər cəlbedici görünmür" - Teymur Rəcəbov

"Bəzən şahmatçı oyuna yaxşı hazırlaşsa da, rəqibin bir gedişi onu heç-heçəyə razılaşmağa vadar edir. Bir-birimizi yaxşı tanıyırıq, bəlkə məhz bu səbəbdən belə alınır. Partiyada üstünlük görünmürdü, ona görə risk etməyə ehtiyac yox idi"

PİA.az-ın ONA-ya istinadən məlumatına görə, bunu Azərbaycan millisinin şahmatçısı Teymur Rəcəbov deyib. O, Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2019"da Şəhriyar Məmmədyarovla "sülh" bağlamasını şərh edib. Dünya çempionatlarında da tez-tez heç-heçələrin qeydə alındığını bildirən şahmatçı bunun normal hal olduğunu söyləyib: "Bütün oyunlarda ardıcıl heç-heçə qeydə alınsa, hansısa problemin olduğunu düşünmək mümkündür. Ancaq belə turnirlərdə heç-heçənin olmasında qeyri-adi heç nə yoxdur. Qolf və ya tennisdə də bərabərlik olur. Bütün idman növlərində heç-heçələr qeydə alınır. Amma şahmatda belə nəticə çox müzakirə edilir. Son zamanlar ümumiyyətlə heç-heçələrdən danışılır. Əlbəttə, qələbə olanda daha maraqlı olur. Bununla belə şahmatçıları anlamaq lazımdır. Çox vaxt heç-heçələr qaçılmazdır".

T.Rəcəbov digər ölkələrdən olan zəka sahibləri və milli komandamızın üzvləri ilə qarşılaşan zaman eyni hisslər keçirmədiklərini bildirib: "Bizim Şəhriyarla yaxşı münasibətimiz var. Bir-birimizlə məsləhətləşib, müzakirələr edirik. Milli komandada oynayan zaman hamımız bir-birimizi nəzərə alıb, mübarizə aparırıq. Udsaq da, uduzsaq da bir-birimizin yanında oluruq. Bu da ölkəmizə çoxlu uğurlar gətirməyimizə səbəb olur. Şahmat millimiz çox mehribandır. Hətta beynəlxalq turnirdə bir-birimiz üzərində qazanılan qələbəyə o qədər xüsusi sevinmirik. Şəhriyar ümumiyyətlə illərlə qazanılan dostluq münasibəti var. Bu münasibəti futbolla müqayisə etmək olmaz. Məsələn, futbolda bir ulduz olur, hamı ona oynayır. Bizdə isə hamı bir hədəf uğrunda yarışır. Lazım gələndə debütlərimizi bölüşürük, bəzən məsləhət alırıq. Digər komandalarda belə vəziyyət görmək mümkün deyil”.

O, klublararası Avropa çempionatına getməyə həvəsinin olmadığını, bu yarışda iki dəfə qalib gəldiklərini vurğulayıb: "SOCAR Azərbaycan" klubunun heyətində iki dəfə Avropa Çempionlar Kubokunda qələbə qazanmışam. Altı dəfə bu yarışda iştirak etmişəm, indi bu turnir mənə o qədər cəlbedici görünmür".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar