Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Kim? Nə? Harada" 15 il sonra Azərbaycana qayıdır - Rekord sayda ölkə iştirak edəcək

Bakıda Dünya Çempionatı keçiriləcək

7-8 sentyabr tarixində Bakıda "Kim? Nə? Harada?" oyunu üzrə XVII Dünya Çempionatı keçiriləcək.

Azərbaycan İntellektual Klublar Assosiasiyasının mətbuat xidmətindən verilən məlumata görə, çempionatda 29 ölkədən 75 komanda iştirak edəcək. Bu, beynəlxalq intellektual hərəkatın ikiqat rekordudur.

İştirakçılar arasında – "Kim? Nə? Harada?" televiziya klublarının, "Breyn Rinq" verilişinin və digər televiziya layihələrinin ulduzları olacaq. Azərbaycanı 11 komanda təmsil edəcək.

Tədbirin təşkilatçısı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maddi və təşkilati dəstəyi və "İQRA-TV" televiziya şirkətinin lisenziyası ilə Azərbaycan İntellektual Klublar Assosiasiyasıdır.

Çempionat "Boulevard Hotel Baku Autograph Collection" mehmanxanasında keçiriləcək.

Dünya Çempionatının Bakıda keçirilməsi haqqında qərar 20 oktyabr 2018-ci ildə qəbul olunub. "Kim? Nə? Harada?" Beynəlxalq Klublar Assosiasiyası İdarəsi Azərbaycan İntellektual Klublar Assosiasiyasının və "İçərişəhər" intellektual oyunlar klubunun müraciəti əsasında "Kim? Nə? Harada?" oyunu üzrə Dünya Çempionatının keçiriləcəyi yer qismində Bakı şəhərini seçib.

Beləliklə, "Kim? Nə? Harada?" oyunu üzrə Dünya Çempionatı 15 il sonra yenidən Azərbaycana qayıdır.

Qeyd etmək istəyirik ki, Azərbaycanda intellektual oyunların inkişafına ölkə rəhbərliyi tərəfindən həmişə xüsusi diqqət ayrılırıb. Məhz Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə "Kim? Nə? Harada?" oyunu üzrə ilk üç Dünya Çempionatı 2002, 2003 və 2004-cü illərdə Bakıda keçirilib.(oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar