Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Khan Academy"nin qurucusu təcrübəsini bölüşəcək

Təhsil Nazirliyinin dəstəyi və "T-network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə "Yeni çağırışlar" adlı onlayn müzakirə proqramına start verilir.

Nazirliyin mətbuat xidmətindən PİA.az-a verilən məlumata görə, proqramın təhsilin idarə olunması üzrə mütəxəssis, "T-network"un koordinatoru Cəfər Mənsiminin təqdimatında ayda iki dəfə yayımı planlaşdırılır. Məqsəd yerli və xarici mütəxəssislərin iştirakı ilə təhsildə yeni çağırışları müzakirə etmək, davamlı öyrənmə və inkişaf prosesini dəstəkləmək, qlobal səviyyədə qabaqcıl təcrübələrlə tanış olmaqdır.

7 yanvar saat 19:00-da təqdim ediləcək ilk buraxılışın qonağı dünyaca məşhur "Khan Academy"nin qurucusu və CEO-su Sal Khan olacaq. Görüş Təhsil Nazirliyinin rəsmi "Facebook" səhifəsi üzərindən canlı yayımlanacaq.

Sal Khan dünyanın bir nömrəli ali təhsil müəssisəsi sayılan Massaçusets Texnologiya İnstitutunun və Harvard universitetinin məzunudur. O, 2005-ci ildə qurduğu ödənişsiz təlim platforması olan "Khan Academy" ilə bütün dünyaya səs salıb. "Hər kəs üçün, hər yerdə ödənişsiz dünya təhsili vermək" missiyası ilə formalaşan "Khan Academy" bütün yaşlarda olan insanlar üçün fərdi öyrənmə qaynağıdır. Hər birinin özünəməxsus hekayəsi olan milyonlarla tələbə "Khan Academy"də öz tempinə uyğun mənbələrdən yararlanır, qlobal sinifdə müxtəlif fənləri öyrənmək imkanı qazanır. Tədris resursları 40-dan çox dilə tərcümə olunur.

Qeyd edək ki, "Yeni çağırışlar" müzakirə proqramına abunə olmaq istəyənlər "T-network" "Facebook" səhifəsinə müraciət edə bilərlər. Abunəlik proqramın irəlidəki buraxılışları haqqında operativ məlumat əldə etmək imkanı verir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

İsrail İrana cavab zərbəsi hazırlayır: Hədəf hara olacaq?

Ən çox oxunanalar