Cümə axşamı, 06 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

"İslahatların sürəti məndə ciddi narahatçılıq doğurur" - Qüdrət Həsənquliyev

Qüdrət Həsənquliyev: “Ölkəyə investisiya cəlb etmək üçün vergilər azaldılmalı, maliyyə-kredit sektorunda islahatlar aparılmalı, kredit dərəcələri 3-4%-dən artıq olmamalı,nüfuzlu xarici banklar ölkəyə çağırılmalı, güclü məhkəmə hakimiyyəti formalaşdırılmalıdır”...

PİA.az BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsini təqdim edir.

- Qüdrət bəy ölkədə suya tələbatın kəskin artdığı bir dövrdə Kürün suyunun Xəzərə axmasının məhdudlaşdırılması üçün Kürün Xəzərə töküldüyü yerdə bənd vurulması təklifiniz bəzi "ekspertlər" tərəfindən birmənalı qaşılanmayıb. Hətta bəziləri təəccüblə bildiriblər ki, deputat necə bu cür təklif verə bilər? Çünki kürətrafı rayonlar su altında qala bilər.

- Bilirsiniz, yalnız diletantlar beləş düşünə bilər. Qənimət Zahidin isə şərləyənlər dəstəsinin sayıqlamalarına əhəmiyyət vermək lazım deyil. Bir vaxtlar kilsəQalileydən tələb edirdi ki, yerin öz oxu ətrafında fırlanması ideyasından imtina etsin. Hər kəsin dərk etmək imkanları eyni deyil. Kürün keçdiyi ölkələrdə suya təlabat artır. Bununla yanaşı qlobal istiləşmə dövrü başlayıb və Kürün mənbəyini götürdüyü Türkiyənin şimal-şərqindəki dağlara az qar yağır və buzlaqlar sürətlə əriyir. Bunun üçün ölkə ərazisində şirin su ehtiyatları yaradılmalı və sudan qənaətlə istifadə olunmalıdır. Kürün suyu azaldığından Xəzərin duzlu suyu Kürə daxil olur. Artıq Neftçalada insanlar bu problemlə üzləşirlər. Bu problemin qarşısını almağın tək yolu Kürün Xəzərə töküldüyü ərazidə bəndin vurulmasıdır. Mən orda su elektrik stansiyasının tikilməsini təklif etməmişəm ki, Kür kənarındakı yaşayış məntəqələri su altında qalsın. Kürün təbii yatağını su ilə dolduracaq səviyyədə bəndlər vurulmalıdır, həm də Kür boyunca bir neçə yerdə. Kür böyük çay deyil, həmin bəndlərdə şülüzlər qoyulmalıdır ki, ehtiyac olduqda suyun səviyyəsini tənzimləmək mümkün olsun. Artıq sular bəndlərin üstündən aşıb getməlidir. Biz XXI əsrdə yaşayırıq, bu kimi texniki problemləri həll etmək çox sadədir. Həm də 2010- cu ildəki daşqınlardan sonra Kürün sahilləri 5 metr hündürlikdə sədlərlə bərkidilib. Mən bu məsələnin ekoloqlarla müzakirəsinin vacibliyini də vurğulamışdım. Avropada kiçik çaylar üzərində hündürlüyü 1-2 metr olan belə bəndlərin tikilməsi adi haldır. Bundan başqa kanalizasiya suları təmizlənməli, suvarmada və yaşıllaşdırmada istifadə olunmalıdır. Təbii su ehtiyatları azdırsa başqa yol yoxdur. Biz bununla həm də Xəzəri çirklənmədən qorumuş olarıq. Bu işin görülməsi üçün tender elan olunmalı və bu iş özəl şirkətlərə tapşırılmalıdır. Kənd təsərrüfatında sənaye üsulu ilə suvarma sisteminə keçilməlidir.

- Qüdrət bəy iqtisadi sferada islahatları dərinləşdirmək üçün "Dövlət İnvestisiya Holdinqi "və "İnşaat Korporasiyası "yaradılmışdı, bu istiqamətdə görülən işlər barədə hansısa məlumatınız varmı?

- Hansısa işlər görülür, amma dəqiq məlumat yoxdur. İslahatların sürəti şəxsən məndə ciddi narahatçılıq doğurur. Ümidləri neft və qaz satışından gələn gəlirlərə bağlamaq çox təhlükəlidir. Biz yubanırıq, ölkəyə investisiya cəlb etmək üçün vergilər azaldılmalı, maliyyə-kredit sektorunda islahatlar aparılmalı, kredit dərəcələri 3-4%-dən artıq olmamalı,nüfuzlu xarici banklar ölkəyə çağırılmalı, güclü məhkəmə hakimiyyəti formalaşdırılmalıdır. Neft fondunun vəsaitlərini yalnız hökumətin xərcləməsi praktikasına son qoyulmalı, onların bir hissəsi yerli banklarda yerləşdirilməlidir ki, sahibkarlar öz baxışlarına uyğun layihələrə xərcləyə bilsinlər. Bunlarsız ölkənin sürətli inkişafını gözləmək əbəsdir.

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Nadir Qafarzadə: “Bezmişəm, axırda canıma qəsd edəcəm“

Bakıda qan donduran cinayət: Ata körpəsinin boğazını kəsdi, sonra intihar etdi

Bakıda bir milyon manatlıq qızılı oğurlanan şəxs bank işçisiymiş, keçmiş əri isə...

Azərbaycanın ən böyük ixracatçı şirkətlərinin milyonlarla vergi borcu var – Siyahı, məbləğ

Vüsal Kərimli iki milyonluq tenderi öz şirkətinə verib?

"Nə tez məni xalq düşməni etdiniz?" - Elnarə Xəlilova

DSX-nın keçmiş rəis müavini Sücəddin Abdullayevin oğlu vətəndaşları aldadaraq, milyonlara sahib olub 

Ədalət Vəliyev generalla ordudakı vəziyyəti müzakirə etdi

Karantin yenidən sərtləşdirilə bilər? – Rəsmi açıqlama

loading...

Ən çox oxunanalar