Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"İranın qapıları Yaponiya dövlətinə və firmalarına hər zaman açıqdır"- Həsən Ruhani

İranın qapıları Yaponiya dövlətinə və yapon firmalarına hər zaman açıqdır...

Bu sözləri İran Prezidenti Həsən Ruhani Tokionu tərk edərkən jurnalistlərə bildirib. Prezident deyib ki, Yaponiya ilə İran iqtisadi sahədə əməkdaşlığı davam edəcək.

Həsən Ruhani Yaponiyanın dövlət rəhbərləri ilə keçirdiyi görüşlərin tərəflər üçün səmərəli olduğunu bildirib.

İran və Yaponiya mətbuatı bu səfərə geniş diqqət ayırıb. Qeyd edilir ki, sanksiyaların tətbiqi İran iqtisadiyyatını çıtin vəziyyətə salıb və rəsmi Tehran investisiya axtarışındadır. Yaponiya ABŞ-ın iradəsinə zidd olaraq İrana sərmayə yatıracaqmı? Bu sual mətbuatın müzakirəsindədir.

Prezident Həsən Ruhaninin bəyanatından aydın olur ki, tərəflər arasında bəzi məsələlər barədə razılıq əldə olunub. Yaponiya neftə olan ehtiyacını qismən İranın hesabına ödəyə bilər və İranın neft sahəsinə az miqdarda investisiya yatırar. Lakin Yaponiyanın Baş Naziri Şinzo Abenin Prezident Həsən Ruhanidən vəziyyəti daha da gərginləşdirəcək addımlardan çəkinməyi xahiş etməsi onu deməyə əsas verir ki, rəsmi Tokio ABŞ-ın sadiq müttəfiqi olaraq qalır.

Beləliklə, Yaponiya prinsipial məsələlər istisna olmaqla İran ilə əməkdaşlığını davam etdirəcək ki, bu da bu gün İran üçün olduqca vacib məsələdir. Səfər zamanı bu razılığın əldə edilməsi Həsən Ruhaninin diplomatik sahədə irəli doğru uğurlu addım atdığını göstərir. Hər halda əldə olunan razılığın hansı yollarla həyata keçəcəyini və Tehran ilə Tokionun əməkdaşlıq əlaqələrinin nə qədər səmimi olacağını zaman göstərəcək. (Azərtac)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir - Birgə məlumat

Zaxarova: “Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər”

Ən çox oxunanalar