Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"İmamverdi İsmayılov bizim alın yazımızdır?.." – Afətdən sərt açıqlama

"Bu suallara cavab tapmaq istəyən 54 min seçici var. Zəngilan-Qubadlı camaatının 25 ildən artıqdır ki, deputatı olmuş İmamverdi İsmayılov hansı üstünlüyünə görə bu dəfə də deputat olmalıdır?"...

Bu fikirləri 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Afət Telmanqızı bildirib.

125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən İmamverdi İsmayılov qalib elan edilib. O, birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatıdır. İmamverdi İsmayılovun qələbəsi Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənəcəyi təqdirdə 6-cı dəfə deputat mandatına sahib olacaq.

Afət Telmanqızı isə hesab edir ki, onun yenidən Milli Məclisdə 54 min seçicini təmsil etməyə haqqı yoxdur.

"Seçici onu sevir? Yox. Seçici ona inanır? Yox. 25 ildə bir dəfə də olsun məcburi köçkün seçicisi ilə maraqlanıb? Yox. Onun sözünü deyib? Yox. Parlamentdə onun səsini eşidən olub? Yox. Hansısa təklifini eşidən olub? Yox. Fəal deputatdır? Yox. Dövlətçilik üçün fəaliyyəti olub? Yox. (Əksinə 54 min seçiçini narazı salıb. Sadəcə biznesini genişləndirib) Cavandır? O da yox. Bəlkə YAP-çı olduğu üçün? O da yox. YAP-ın o qədər istedadlı, dövlətçilik mənafeyini qoruyan gəncləri var ki. Uzun illər məni bu sual da düşündürdü.

Axı niyə bizdə Vahid Əhmədov, Qənirə Paşayeva, Zahid Oruc, Fazil Mustafa kimi deputat olmadı? Torpağına həsrət qalmış Zəngilan- Qubadlı camaatı onun səsi olan deputata da 25 ildir həsrət qaldı. Yoxsa, bu da köçkünlərin alın yazısıdır? Bu yazını pozmaq isə o qədər çətin deyil", - deyə o vurğulayıb.

Afət Telmanqızı 9 fevral seçkilərində namizəd olduğu 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində baş verən qanun pozuntuları barədə sosial şəbəkələrdə paylaşımlar etdiyi əməkdaşı olduğu Real TV ilə yollarını ayırmaq məcburiyyətində qalıb.(yeni sabah)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar