Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"İlham Əliyev Qarabağı demirəm, bir rayonu azad edəcəksə, qulağımın birini kəsəcəm" deyən tayqulaqları...

“Otuz il davam edən Dağlıq Qarabağ problemi çox adamların mahiyyətini açdı, sifətlərdəki maskaları çıxartdı. Şuşa gedərsə başlarına güllə çaxacaqlarını, “Tez bir zamanda Qarabağı azad edəcəyik” deyənlər illərlə at oynatdılar və bu gün də oynatmaqda davam edirlər. Bu 30 il çox şeyləri gördük, ancaq heç təhlil etmədik, kor-koranə deyilənlərə inandıq, heç vaxt eşitdiklərimizin mahiyyətinə varmaq istəmədik. Ona görə də dövlət, cəmiyyət olaraq çox geri düşdük. Azərbaycanda demək olar ki, heç bir normal partiya, vətəndaş cəmiyyətini təmsil edəcək institutlar yarada bilmədik. Olan hər şey saxta, yalan üzərində quruldu. Populizm hamı üçün əsas meyar oldu və bizləri pis günə qoydu”.

PİA.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

“Çox demirəm, Böyük Vətən Müharibəsinin başlanmasından bir il əvvəl tanınmış siyasətçilərin, partiya rəhbərlərinin, ictimai xadimlərin çıxışlarına baxın və hökmən təhlil edin ki, bu illər ərzində kimin kim olduğunu, bizə rəhbərlik edəcək ağıllarının, bacarıqlarının olub olmamasına özünüz qiymət verin. Ancaq hökmən heç kimə inanmadan özünüz təhlil edin. Bu illər ərzində "Bu hakimiyyət heç vaxt müharibə başlamayacaq", "Bu hakimiyyətlə Qarabağı azad edəcəyik illüziyaları ilə heç kim özünü aldatmasın", "Qarabağ problemini həll etmək üçün əvvəl hakimiyyəti dəyişməliyik", "Bu hakimiyyətin müharibə başlaması özünə sui-qəsddir" deyənlərdən indi cavab soruşmaq lazımdır ki, bu ağılları, bu bəyanatları ilə onlar ən azından öz ətraflarındakılara necə rəhbərlik edirdilər, nə qədər səmimi idilər?! Mən hələ "İlham Əliyev Qarabağı demirəm, bir rayonu azad edəcəksə qulağımın birini kəsəcəm" deyən tayqulaqları demirəm. Özüm illərlə bu insanlarla təmasda oldum, çox çalışdım ki, dahi görkəmləri ilə mənə bəyan etdikləri qəti fikirlərinin arxasındakı dəlilləri anlayım, heç nə başa düşmədim. Əvəzində, çoxlu qınaqlara rast gəldim, az qala məni ağılsızlıqda, ciddi cəhdlə bu hakimiyyəti qorumağa çalışmaqda ittiham etdilər. Ünvanıma deyilən yüngül ifadə "Aslan İsmayılov, siyasət sizlik deyil, bu çox mürəkkəb məsələdir" oldu. Özü də bunu elə əminliklə, ağıllı görkəm almaqla deyirdilər ki, bəzən ən çətin riyazi tənliklər qarşısında özümü inamlı aparsam belə, belələrinin qarşısında bəzən tərəddüdlərə qərq olurdum. Belələrinin içində özlərini dahi siyasi xadim, dahi hüquqşünas sayanlar, bəzən hörmət etdiyim tarixçilər də olurdu. Əgər mən bu dahi siyasət dəllallarının arasında özümü itirirdimsə, indi sıravi vətəndaşları təsəvvür edirəm. Əminəm ki, bu siyasət dəllalları olmasa elə bu hakimiyyətlə də biz daha çox uğurlara nail ola bilərdik. Məhz bu dəllalların səyi nəticəsində yüzlərlə, minlərlə gənclər səhv etdilər, həbs həyatı yaşadılar, gəncliklərini itirdilər. İndi bir daha belələrinə yol verməmək üçün bu 30 illik keçmişimizi bir daha təhlil edib düzümüzü, səhvlərimizi müəyyən etməliyik. Bu illər ərzində bu xalqı çaşdıranları, açıq-aşkar düşmənçilik edənləri biz özümüz siyasi, ictimai həyatdan silib atmalıyıq. Böyük Vətən Müharibəsinin ortalarından artıq demişdim ki, artıq nə keçmiş Xalq, nə keçmiş Dövlət, nə də keçmiş Hakimiyyət olacaq. Bu gün bunu bir daha əminliklə təkrarlayıram. Biz heç vaxt bu qədər birləşməmişdik, heç vaxt belə uğur əldə etməmişdik. İndi bu uğurlardan daha artığına nail olmaq üçün hökmən keçmişimizi bir daha detallı təhlil etməliyik. Bunu da birinci növbədə özünü ziyalı, bu Xalqın gələcəyinə cavabdehlik daşıyanlar etməlidir ki, balalarımız biz yaşadıqlarımızı yaşamasınlar, siyasət dəllallarının, fırıldaqçıların qurbanları olmasınlar. Bu, bir tarixi şansdır və ondan istifadə edib balalarımıza daha yaxşı gələcək qurmalıyıq. Müharibədə qazanılmış uğur heç birimizi arxayın salmamalıdır. Qarşıda görüləcək çox işlərimiz var. Bu Böyük Vətən Müharibəsindəki Qələbəmizə kölgə salmaq istəyənlər, bunu bəzən yalançı qələbə adlandıranlar ancaq düşmən ola bilər. Rus Ordusunun yenidən Azərbaycana qayıtmasını xəyanət adlandıranların ya dünyada baş verənlərdən anlayışları yoxdur, ya da onlar bu Qələbənin Prezident İlham Əliyevin Baş Komandanlığı ilə əldə edilməsini heç cür həzm edə bilməyən qaraguruhdur. Məhz bu qaraguruhun ağılsızlığı, hakimiyyətə gəlmək üçün üfürdükləri populist fikirlər bizi on illər geriyə saldı, on minlərlə igid gənclərimiz həyatlarını itirdilər və erməni-rus birləşmələri torpaqlarımızı zəbt etdilər. Bunu heç vaxt unutmamalıyıq. Hamımız ölkəmizdə normal müxalifətin, normal vətəndaş cəmiyyətinin qurulmasına çalışmalıyıq” – A.İsmayılov qeyd bildirib. (Pravda.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar