Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"İddialar həqiqəti əks etdirmir" - Bakı Polisi

Paytaxtda azyaşlının oğurlanaraq saxlanılması iddialarına Bakı Polisindən rəy gəldi...

Bakı şəhərində naməlum şəxslər tərəfindən azyaşlının oğurlanaraq saxlanması ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, avqustun 12-də Suraxanı rayonu Hövsan qəsəbəsində yaşayan A.Qarayeva Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsində müraciət edərək bildirib ki, övladı – 2004-cü il təvəllüdlü Mehdixan Məmmədovun xəbərəsiz yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb.

"Faktla bağlı azyaşlının yerinin müəyyən edilməsi, həmçinin hadisənin tam və hərtərəfli araşdırılması məqsədi ilə Bakı şəhər prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaqının aparılması üçün aidiyyati üzrə Suraxanı RPİ-nin İstintaq şöbəsinə göndərilib.

Oktyabrın 30-da azyaşlının valideyni övladının qayıtması ilə polisi məlumatlandırmaqla, övladının oğurlanaraq zirzəmidə saxlanıldığını bildirib. Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış, istintaq tədbirləri ilə M.Məmmədovun ailə üzvlərinə oğurlaması ilə bağlı dedikləri yoxlanılmaqla iddalar təsdiqini tapmayıb. Polis və prokurorluq orqanı əməkdaşlarının azyaşlı ilə apardıqları söhbətlər zamanı müəyyən olunub ki, azyaşlı istintaqa ilkin ifadəsində ailəsindən xəbərsiz yaşadığı evdən öz istəyi ilə qaçaraq, bu müddətdə avtoyuma məntəqəsində işləyib, parklarda gecələyib. Lakin oktyabrın 30-da havaların soyuması səbəbindən yaşadığı ünvana qayıdaraq, valideynlərinin onu incidəcəyindən ehtiyatlandığından oğurlanaraq zirzəmidə saxlandığını bildirib.

Azyaşlının ilkin ifadəsi zamanı ünvanları göstərdiyi avtoyuma məntəqəsinə baxış keçirilib, müvafiq istinaq hərəkətləri həyata keçirilib. Cinayət işi üzrə araşdırmalar davam etdirilir", deyə bildirilib.

pia.az

 


Etiket: azyaşlı polis

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar