Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"İçərişəhər" qoruğunun ərazisi genişzolaqlı internetlə təchiz olunacaq

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Telefon Rabitəsi” MMC paytaxt sakinlərinin genişzolaqlı xidmətlərlə təminatı üçün “Evədək optika” layihəsinin icrasını sürətləndirib...

Nazirlikdən verilən məlumata görə, artıq “Baktelecom”un “AzEuroTel” telekommunikasiya operatoru tərəfindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda 1 600 mənzil və qeyri-yaşayış sahələrindən 500-ə qədəri optik xətlər üzərindən keyfiyyətli multimedia xidmətləri ilə təmin edilib. Yaxın zamanda qoruğun bütün ərazisinin genişzolaqlı xidmətlərlə tam təchiz olunması nəzərdə tutulur.

Eyni zamanda, paytaxtın Nizami, Rostropoviç, Süleyman Tağızadə, Zərgərpalan, Bünyad Sərdarov və Abdulla Şaiq küçələrində köhnə rabitə infrastrukturunun yenilənməsi və optik şəbəkəyə keçid prosesi davam etdirilir.

Hazırda görülən işlərin nəticəsi olaraq “AzEuroTel” tərəfindən 5 mindən artıq mənzil optik şəbəkəyə keçirilib.

100 Mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz internet, telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malik “Evədək optika” xidməti “Baktelecom”un abunəçilərinə ödənişsiz təqdim etdiyi modemlər üzərindən göstərilir.

Məlumat üçün bildirək ki, “Baktelecom” “Evədək optika” layihəsini GPON (Gigabit Passive Optical Network) texnologiyası əsasında tətbiq edir. Bu texnologiya istifadəçilərə bir optik xətt üzərindən telefon, internet və televiziya xidmətlərindən istifadə imkanı verir. (APA)

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar