Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Hökumətimiz Neftçalada vəziyyətin ciddiliyinə ciddi yanaşsın" - Deputat

Deputat həyəcan təbili çalır...

"Havalar istiləşdikcə Neftçalada içməli su məsələsi daha ciddi problemə çevrilir. Kürün Xəzərə tökülən yerində üzən qurğular işləyir, delta dərinləşdirilir, buna baxmayaraq, şor su Kür boyu qalxmaqda davam edir və artıq Surra kəndinə çatıb".

PİA.az xəbər verir ki, bunu millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı deyib.

O bildirib ki, deltada cənub istiqamətli Bala Kürü bağlamaq düzgün olmayıb: "Balıq mafiyasına görə çayın təbii istiqamətini dəyişmək olmazdı. Bunu yerli adamlar deyir. Kürü tanıyan, təcrübəli adamlar... Mən də ötən yazımda buna işarə vurmuşdum. Doğrudur, yalandır? Qoy təcili komissiya yaradılsın, mütəxəssislər və yerli adamlar müzakirə eləsinlər, bir çıxış yolu tapılsın. Verilən təklif böyük xərc tələb eləmir. İndiki halda görülən işlər fəlakətin qarşısını almır, vəziyyəti daha da ağırlaşdırır".

Deputat həmçinin Neftçalaya çəkilən su kəməri haqqında da fikrini bildirib. Bildirib ki, burda qərar birmənalı olmalıdır: "Bu, Aralıq dənizi sahilinə neft, qaz kəmərləri çəkən ölkə üçün su içimi kimi bir işdir. Yay uzunu 80 min əhalini maşınla, ovuc-ovuc paylanan suyla təmin etmək olmaz. 40 km-lik kəmər nədir ki?! Tikinti təşkilatları cəlb edilsə, gecə-gündüz iş getsə, on günə bitirmək olar. Gərək hökumətimiz Neftçalada vəziyyətin ciddiliyinə ciddi yanaşsın. Payızı gözləmək olmaz!".(Dominant.az )

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar