Şənbə, 19 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

"Heydər Əliyevə xoşagəlməyən yazılar yazanlar bu gün iqtidarın təbliğatçısı olublar”

"2003-cü ildə Heydər Əliyevə, cənab prezidentimizə qarşı xoşagəlməyən yazılar yazanlar bu gün Azərbaycanda çevrilib iqtidarın təbliğatçısı olublar”...

""Bəlkə də qaytardılar” xülyası ilə yaşayanlar var. Bəzi adamların mövqe bildirməməsinin səbəbi var. Birdən YAP hakimiyyətdən gedər, başqa partiya gələr. Hamısı mövqesiz adamlardır. Bir daha deyirəm: 2000-2005-ci illərdə parlamentin deputatı olanda müxalifətlə bərabər, iqtidarda da təmsil olunan bəzi adamları tənqid etmişəm".

PİA.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, sabiq icra başçısı və eks-millət vəkili Musa Musayev Modern.az-a geniş müsahibəsində parlamentdə təmsil olunan deputatlarla bağlı fikirlərini açıqlayarkən bildirib.

O, xatırladıb ki, 2003-cü ildə mərhum Heydər Əliyev xəstələnəndən sonra parlamentdəki deputatların 90%-i səsini çıxarmırdı.

"Həmin vaxt müxalifət mətbuatında ulu öndərimizi, hakimiyyəti təhqir və tənqid edən yazılar gedirdi. Çox təəssüflər olsun ki, həmin 2003-cü ildə Heydər Əliyevə, cənab prezidentimizə qarşı xoşagəlməyən yazılar yazanlar bu gün Azərbaycanda çevrilib iqtidarın təbliğatçısı olublar. Sadəcə olaraq həmin insanların adlarını çəkmək istəmirəm. O insanlara evlər də, orden-medallar da, yaxşı ofislər də verilib. Belə deyək də, dost düşmən, düşmən də dost olub. Bu çox pis şeydir. Düşmən düşmənliyində qalmalıdır.

Təbii, Siyavuş Novruzov haqlı olaraq öz iradını bildirib. Amma o iradı təkcə vəzifədən çıxıb getmiş, evində oturmuş eks-nazirlərə bildirmək lazım deyil. Hazırda vəzifədə olanlar və Milli Məclisin deputatları var. Əksəriyyəti YAP-ı, dövlətimizi, dövlətçiliyimizi, hakimiyyəti, cənab prezidentimizi tənqid və təhqir edənlərə qarşı nə vaxt cavab verib, yaxud da, nə vaxt cavab verəcək?! Bunları deməkdə məqsədim odur ki, 1987-ci ildən başlayaraq partiyamızı, ulu öndərimizi və cənab prezidentimizi hər zaman müdafiə etmişəm və bu gün də edirəm. Ölən günə qədər də müdafiə edəcəm…”.

Sabiq deputat həmçinin, parlamentdə təmsil olunan və digər partiyalardan YAP-a keçənlər haqqında fikirlərini açıqlayıb:

"Bu gün YAP-a başqa partiyalardan da transfer olunanlar var. Məsələn, AMİP-dən, Müsavatdan, AXCP-dən gələnlər var. Bunun da əleyhinəyəm. Başqa partiyalardan bizim partiyaya kimlər gəlirsə, sabah bizim partiyada bir balaca narahatlıq olanda dərhal başqa partiyalara qaçacaqlar. Bəzən deyirlər ki, müxalifətdə olanlar iqtidara, iqtidarda olanlar müxalifətə gəldi. Bu cür adamları bir növ əqidəsiz adamlar adlandırıram. Adamın bir məsləyi, bir məqsədi, bir məramı olar. İnsan olan bəndə bir dinə, bir mənsəbə xidmət edər…”.

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Musa Musayev

loading...

Ən çox oxunanalar