Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Həmin YAP-çılar yenidən deputat olmaq istəyir" — Sərdar Cəlaloğlu

Onlar yenidən deputat olmaq niyyətindədirlər və mövqelərindən geri çəkilmək istəmirlər...

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədlər siyahısını dekabrın 25-də açıqlayacağı bildirilirdi. Hətta dünən YAP İdarə Heyətinin iclasının keçirildiyi və yaxın saatlarda siyahının elan ediləcəyi barədə məlumat yayılmışdı.

Lakin gözləntilərin əksi baş verdi. YAP siyahını açıqlamadı. Bu isə müxtəlif fərziyyələrə səbəb olub. Bəzi iddialara görə, hakim partiyanın siyahını açıqlamamasının səbəbi partiya daxilində baş qaldıran narazılıqlarla bağlıdır. Narazılar isə YAPMilli Məclisdə təmsil edən partiya üzvləridir. Onlar yenidən deputat olmaq niyyətindədirlər və mövqelərindən geri çəkilmək istəmirlər.

PİA.az bildirir ki, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da məsələ ilə bağlı düşüncələrini Yenisabah.az-a açıqlayarkən bildirib ki, siyahının açıqlanmamasının arxasında YAP-dakı ziddiyyətlər dayanır.

“Bilirsiniz ki, Milli Məclis buraxılıb və bu barədə ilk məsələ qaldıran Yeni Azərbaycan Partiyası olub. Məhz onların təışəbbüsü ilə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü irəli sürülüb. Hakim partiyanı Milli Məclisdə təmsil edən heyət də bu qərarın lehinə səs verib. Milli Məclisin buraxılması indiki tərkibin islahatlarla ayaqlaşmaması ilə izah edilib.

İndi həmin YAP-çılar yenidən deputat olmaq istəyir. Bu isə YAP-ı çətin vəziyyətdə qoyub. Axı bu adamlar özləri bildirib ki, biz islahatlara mane oluruq. İndi necə ola bilər ki, yenidən deputat olsunlar? Siyahının yubanması buna görədir. Hakim partiya yeni simaları önə çəkmək istəsə də, “köhnələr” narazılıq edir”, - deyə ADP sədri bildirib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar