Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Hələ çox adam bu epidemiyaya zarafat kimi yanaşır" - Rasim Balayev

"Yaşlı insanlar evdən çıxmasın"...

“Hələ çox adam bu epidemiyaya zarafat kimi yanaşır, məsələnin ciddiyyətindən bixəbərdir”.

PİA.az xəbər verir ki, bunu APA -ya açıqlamasında Xalq artisti Rasim Balayev deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyası ilə mübarizə üçün dövlət səviyyəsində bir sıra addımlar atılır: “Prezidentimiz sağ olsun, bu barədə çoxlu tədbir görülür. Nazirlər Kabineti yanında opertiv qərargah yaradılıb. Dövlət səviyyəsində bu xəstəliyin qarşısının alınmasına çalışırlar. Mən deyərdim ki, insanlarımız dövlətin verdiyi tövsiyələrə əməl etsinlər. Çox təəssüf ki, bəzi adamlar buna barmaqarası baxırlar. Deyirlər, keçib gedəcək, qrip kimi xəstəlikdi. Amma elə deyil, insanlarımız buna ciddi yanaşmalı, verilən göstərişlərə əməl etməlidirlər”.

Xalq artisti vətəndaşlara, xüsusilə yaşlı insanlara evdən çıxmamağı məsləhət görüb: “Mən özüm təzə əməliyyat olmuşam. İmmunitetim demək olar sıfır dərəcəsindədir. Bu xəstəlik də immuniteti aşağı olan adamlarda daha ciddi fəsadlar yaradır. Buna görə də evdən çıxmamağa çalışıram. Evdə oturanlar kitab oxusunlar, filmə baxsınlar. Müxtəlif məşğuliyyətlər tapıb məşğul olsunlar. Xahiş edirəm, dövlətimiz bu pandemiya ilə mübarizəyə bu qədər əhəmiyyət verirsə, deməli, çox ciddi xəstəlikdir. Özü də tək bizdə deyil, bütün dünyanı ağzına alıb. Ona görə də dövlətin, həkimlərin, mütəxəssislərin dediklərinə əməl olunmalılar”.

R.Balayev ev şəraitində də gigiyena qaydaların əməl etməyi tövsiyə edib: “Biz bir az səhlənkarıq, amma bu cür olmaz. Evdən bayıra çıxmaq lazım deyil, çıxmayaq. Zəruri ehtiyaclar üçün də marketə-aptekə gedəndə tibbi qaydalara riayət edək, küçədə-bayırda ara məsafəsi saxlayaq. Evə gələndən sonra yuyunaq. Xahiş edirəm, heç kəs buna barmaqarası baxmasın. Məsələ ciddidir, bir nəfərin məsuliyyətsizliyi yüzlərlə adamın xəstəliyə yoluxmasına səbəb ola bilər. Başda Prezident olmaqla dövlət orqanları bu xəstəliyin qarşısının alınması yolunda ciddi işlər görür, koronavirusla mübarizə üçün pul ayrılır. Ona görə də mənim xahişim budur ki, tələblərə ciddi əməl edək. Hər halda biz də görürük ki, tələblərə riayət olunan yerlərdə virusun yayılması faizi azdır. Biz buna əməl etməklə koronavirus dəhşətindən xilas ola bilərik. Yəqin ki, Allahın köməyi ilə bunun dərmanı tapılacaq. Lakin hələlik xəstəliyin kütləvi yayılmaması üçün nə tələb olunursa, etməliyik. Xahişim, ricam budur ki, insanlar tələblərə riayət eləsinlər”.

pia.az


Etiket: Rasim Balayev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar