Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Heç bir kəndli deyə bilməz ki, mənə düşən pay azdır" - Afaq Bəşirqızı - Səsyazısı

"Müəyyən şeyləri güzəştə getməyi bacarmalıyıq"...

“Koronavirus infeksiyasının yayılması məsələsi qəfil olan şeydir. Hökumət buna hazırlıqlı olmayıb. Bir şeyi nəzərə almalıyıq, tələb edəndə, fikirləşməliyik ki, müharibə şəraitində yaşayan ölkəyik, müəyyən şeyləri güzəştə getməyi bacarmalıyıq”.

PİA.az-ın xəbərinə görə, bunu Xalq artisti Afaq Bəşirqızı deyib.

“Vaxtilə öz səhvimiz ucbatından rayonlarımızı – işğal olunan rayonları nəzərdə tutmuram – qoyub Bakıya gəlib, avtomobillərin təkərlərini qaraltmaqla, şüşələrini silərək hansısa “Novostroyka”nın zirzəmisində gizlənib uşaq əmələ gətirib, bulvarda konsert verən müğənnilərə baxıb həzz almaq istəyimizdən bugünə düşmüşük. İndi kimisə günahlandırmağa ixtiyarımız yoxdur. Səhv deyirəmsə, deyin, Afaq xanım, səhv deyirsiniz... Ürək xəstəliyinə şəhərdə evimdə yaşaya bilmirəm, bağdayam. Torpaq, bel görməyən Afaq ağır əməliyyat keçirməsinə baxmayaraq qazıramsa, nə isə əkirəmsə, deməli, bunu rayonda da etmək mümkündür. Sadəcə, Bakıda yaşamaq hamımızın azarı və bezarıdır. Çətin bir anda ağlayırıq, nəisə tələb edirik, qışqıra-qışqıra istəyirik... Qışqırmaqla nəyəsə nail olmaq mümkün deyil. Artıq o dövr keçib. “Novostroyka”nın zirzəmisində şikəst uşaq əkib-doğurlar, sonra da qucaqlarına alırlar, gəlirlər verilişlərdə həkim axtarmağa. Heç bir kəndli deyə bilməz ki, mənə düşən pay azdır... Kişi odur ki, özünə arxalansın, biz özümüz özümüzə arxalanmalıyıq” – A.Bəşirqızı qeyd edib. (Pravda.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Ən çox oxunanalar