Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

General Şəfaət İmranovun biznes imperiyası


Hərbi prokurorun müavini Bakıda və rayonlarda biznes şəbəkəsi qurub


Sirr deyil ki, Azərbaycanda iri məmurlar həm də inhisarçı biznes fəaliyyəti ilə məşğuldurlar.  Hazırda hər bir nazirin nəzarətində olan biznes şəbəkələri, iqtisadi sferalar var. Bu üzdən də ölkədə azad sahibkarlıq fəaliyyəti üçün heç bir şərait yoxdur. Nazir-oliqarxlar buna imkan vermir. Artıq bu məsələdə vəziyyət o həddədir ki, orta ranqlı məmurlar da biznes imperiyası yaradırlar.

Ekspertlər bildirir ki, orta ranqlı məmurların biznes şəbəkəsi qurması daha təhlükəlidir. Çünki onlar orta və kiçik sahibkarlara birbaşa divan tuturlar, onların işləməsinə, azad biznesə, sağlam rəqabətə imkan vermirlər.

Biznes fəaliyyətinə girişən məmurlardan biri haqda GUNXEBER.COM-a  məlumat daxil olub. Bu yaxınlarda Göyçayda səfərdə olan müxbirimiz yerli sakinlərlə söhbət zamanı öyrənib ki, bu rayonda sadə adamların bizneslə məşğul olmasına imkan verilmir. Sakinlər deyiblər ki, bu rayonda icra başçısı Mansur Məmmədovun adamları, onun qohum-əqrəbası göyçaylılara göz verib, aman vermir. Kimsə bu rayonda bir iş görmək istəsə, mütləq icra başçısının razılığını almalı və “haqq” verməlidir. Rayonda yalnız yüksək vəzifə tutan şəxslər hansısa iş görə bilir. Mənbə çox maraqlı bir faktı da açıqlayıb.

Sakinlərdən biri bildirib ki, 2013-cü ildə Göyçayda “Altın Kapı” restoranlar şəbəkəsinin filialı açılıb. Həmi restoran “Generalın restoranı” kimi məşhurdur və rayon rəhbərliyinə aid olan xeyli şəxslər burada yeyib-içirlər. Restoranın sahibi isə hərbi prokuror Xanlar Vəliyevin müavini, əslən Göyçaydan olan Şəfaət Aydın oğlu İmranovdur. Sakinlər deyiblər ki, Şəfaət İmranovun Bakıda da restoranları var, indi isə o biznes imperiyasını Göyçayadək genişləndirib. Mənbə deyib ki, Göyçaydakı “KİA Motors” (“Altın Kapı” restoranı ilə üzbəüzdür-red.) da Şəfaət İmranova məxsusdur.

Əlbəttə, hüquqi və sənədləşmə baxımından bu biznes strukturları başqa şəxslərin adınadır. Ancaq Göyçayda hər kəs bilir ki, bu obyektlər general-mayor Şəfaət İmranovundur.

Qeyd edək ki, Ş.İmranov 2009-cu ildən hərbi prokurorunun müavinidir.(gunxeber.com)

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar