Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Gəncədə dinc insanlara qarşı atılan addım çox böyük terror nümunəsidir" - İƏT nümayəndəsi

“İlk olaraq bunu qeyd etmək istəyirəm ki, burada gördüyümüz ürəkağrıdıcı mənzərədir”.

APA-nın məlumatına görə, bunu Qambiyanın İslam Əməkdaşlıq Təşkilatındakı (İƏT) nümayəndəsinin müavini Əbubəkr Cəh deyib.

O, Gəncədə kifayət qədər böyük dağıntıların şahidi olduqlarını bildirib: “Dua edirəm ki, belə bir dağıntı və faciə bir də yaşanmasın. Biz burada Azərbaycan xalqına, mülki əhalisinə qarşı erməni vəhşiliyinin şahidi oluruq. Bunu bütün dünya ictimaiyyəti olaraq qınayırıq. Eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətləri olaraq bütün baş verən hadisələri qətiyyətlə pisləyirik. Biz həm də görürük ki, insan tələfatı olub. Burada yaşayan insanların heç bir günahı yoxdur. Onlara qarşı atılan addım həqiqətən çox böyük terror nümunəsidir”.

O, Azərbaycana həmrəylik göstərmək istədiyi üçün səfərə qatıldığını qeyd edib: “Bu səfərə ona görə qatılmışam ki, Azərbaycana həmrəylik göstərmək istəyirik. Biz siyasi olaraq həmrəyliyimizi göstərmişik, indi isə yenidənqurma və bərpa işlərində iqtisadi olaraq həmrəyliyimizi göstərməyə hazırıq”.

İƏT-in baş katibinin köməkçisi Əhməd Kavesa Senqendo isə Azərbaycan dövlətinə təşəkkür edib: “Öz gözlərimizlə burda baş verən terror hadisələrini görə bildik. Biz bu müharibədə öz həyatını itirmiş qardaş və bacılarımıza görə də dua edirik. Allahdan arzumuz budur ki, onları firdövs cənnəti ilə mükafatlandırsın. Onların qanı yerdə qalmayıb. Biz İslam Əməkdaşlıq Təşkilatı olaraq siyasi müstəvidə Azərbaycanı hər zaman müxtəlif qətnamələr vasitəsilə dəstəkləməyə çalışmışıq. Eyni zamanda da BMT-nin Azərbaycanın lehinə qətnamələr qəbul etməsi üçün əlimizdən gələni əsirgəməmişik. Sülh daimi olan bir məsələyə çevrilməli, torpaqlarını itirmiş qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar. İslam Əməkdaşlıq Təşkilatı olaraq istər humanitar, istərsə də iqtisadi formada olsun, biz hər zaman çalışacağıq ki, bütün bərpa və yenidənqurma işlərində Azərbaycana yaxından dəstək olaq. İnşallah növbəti səfərimizdə bu dağıdılmış əraziləri bərpa olunmuş formada görmək istəyirik. Buna görə də Azərbaycan dövlətinə və xalqına müdriklik, güc və sərvət arzu edirik ki, bu əraziləri yenidən qursun”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar